Fətəli xan — rejissor Yefim Dziqanın Quba xanı Fətəli xanın həyatından və onun pərakəndə Azərbaycan xanlıqlarını birləşdirmək səylərindən bəhs edən bədii filmi.
Məzmun Film XVIII əsrdə pərakəndə halda olan Azərbaycan xanlıqlarını vahid dövlət tərkibində birləşdirməyə çalışan görkəmli dövlət xadimi, Quba xanı Fətəli xanın (Ələsgər Ələkbərov) həyatından və siyasi mübarizəsindən bəhs edir. Ekran əsərində Fətəli xanın həm uzaqgörən diplomat, həm də qətiyyətli sərkərdə kimi fəaliyyəti işıqlandırılır; feodal intriqaları, daxili çəkişmələr və xarici işğalçılara qarşı apardığı gərgin mübarizə geniş təsvir olunur.
Film haqqında Film yenidən 1958-ci ildə redaktə edilmişdir. Bu zamana qədər film 11 il rəflərdə qalmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 114. Film aktrisa Nəcibə Məlikovanın kinoda ilk işidir. Film aktyor Kazım Ziyanın kinoda son işidir. Filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır. Dekorasiya Zuğulbada tikilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Mehdi Hüseyn, Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Yefim Dziqan Quruluşçu operator: Əlisəttar Atakişiyev Operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Yuri Şvets Bəstəkar: Niyazi Rejissor: Zeynəb Kazımova Səs operatoru: Kərim Əmirov (1947), Sabir İsgəndərov (1958) Geyim rəssamı: K. Xanlarov Qrim rəssamı: Georgi Parisaşvili Redaktor: Məmmədsadıq Allahverdiyev Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev Rəssam: Ağamehdi Qumriyev Rejissor assistenti: Məmməd Əlili Rəqslərin quruluşu: Əlibaba Abdullayev(titrlərdə yoxdur)
Rollarda Ələsgər Ələkbərov — Fətəli xan İsmayıl Əfəndiyev — Əmir Həmzə Leyla Bədirbəyli — Tuti Bikə Əli Qurbanov — Usta Səməndər Mustafa Mərdanov — Şirin kişi Nəcibə Məlikova — Xədicə Bikə N. Nəsirov — Novruz Möhsün Sənani — Məlikməmməd xan Sidqi Ruhulla — Rza bəy Əlisəttar Məlikov — Hüseyn xan Rza Təhmasib — Ağası xan Kazım Ziya — Mirzə Nadir Ağasadıq Gəraybəyli — Sərdarın elçisi A. Astaxov İ. Roslyakov Fateh Fətullayev Həsənağa Salayev Hacıməmməd Qafqazlı
Filmi səsləndirənlər Məlik Dadaşov — Əmir Həmzə (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə (titrlərdə yoxdur)
Şəkillər 115px 115px
İstinadlar
Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 31; 418. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80; 90; 107-109; 383. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə "Fətəli xan" filminin çəkilişləri (1947) "Fətəli xan" filmində (1947) Əlibaba Abdullayevin quruluş verdiyi rəqs
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Fətəli xan haqqında filmlər Kateqoriya:1947-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Müharibə filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Azərbaycan xanlıqları dövrünə aid filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər