Tiaqo Fernando Penela Silva () — Portuqaliyalı futbolçu. Azərbaycan Premyer Liqasında "Zirə" klubunda qapıçı mövqeyində çıxış edir.
Klub karyerası Tiaqo Silva Seyşalda anadan olub. Gənclik karyerasının böyük hissəsini "SL Benfika B" klubunda keçirib. Daha sonra "Vitoriya Quimaraeş B" klubunda inkişafını davam etdirib. 2018-ci ilin oktyabr ayında klubla müqavilə bağlayıb və 23 yaşadək komandasının heyətinə daxil edilib. 18 may 2019-cu ildə o, klubun əvəzedici komandasında "Portu B" komandasına qarşı oyunda debüt edib. 2023-cü ilin iyul ayında Tiaqo Silva "Zirə" ilə müqavilə imzalayıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları