Ölü arının sancması () – "Breaking Bad" serialının ikinci mövsümünün üçüncü seriyası. Seriyanın ssenaristi Piter Quld, rejissoru Terri Makdono olmuşdur. 22 mart 2009-cu ildə AMC kanalında yayımlanmışdır.
Məzmun Tuko Salamankadan qurtulan Volter Vayt və Cessi Pinkman evə qayıtmalı və qaçırıldıqdan sonra başlarına gələnləri izah etməyin bir yolunu axtarmalıdırlar. Volt vəziyyət üçün bir planı olduğunu açıqlayır və ayrılırlar. Volt supermarketə gedir və bütün paltarlarını çıxarır. O, xəstəxanaya aparılır və son bir neçə gündə nə baş verdiyini xatırlamadığını bildirir. Xəstəxana Voltla bağlı hansısa yanlış bir şey tapa bilmir və Volt müalicə ilə xemoterapiyanın buna səbəb olduğunu iddia edir. Xəstəxanaya Voltun yenə oxşar bir vəziyyətə düşəcəyinə inanır və onu psixiatrın yanına göndərir. Həkim-pasiyent məxfiliyinə güvənən Volt psixiatra əslində hər şeyi xatırladığını, sadəcə bir müddət uzaqlaşmaq istədiyini etiraf edir. Nəhayət getməsinə icazə verirlər.
Cessi evinə qayıdaraq zirzəmini təmizləyir və Voltla birlikdə metamfetamin hazırladığı nəqliyyat vasitəsinə minir. DEA agentləri Cessinin yerini yerini müəyyən edirlər və onu aparırlar. Henk Şrader Tukonu öldürdüyü vaxt Cessinin onun evində olduğunu göstərən sübutlara əsaslanaraq Cessinin harada olduğunu sorğu-sual edir. Cessi həftəsonunu Vendi adlı bir fahişə ilə keçirdiyini iddia edir. DEA agentləri Cessiyə inanmır və onu Tukonun dayısı Hektor Salamankanın yanına gətirirlər. Lakin Hektor DEA agentlərini sevmədiyi üçün Cessini identifikasiya etməkdən imtina edir, yanlış cavablar verir və işəyir. Sübut və şahid olmadığı üçün Cessini buraxırlar. Cessi valideynləri ilə əlaqə saxlamağa çalışır, lakin Cessiyə kömək etməkdən imtina edirlər. Axşam Volt Cessini met bişirməyə davam etməyə razı salır.
İstehsal Seriyanın ssenaristi Piter Quld, rejissoru Terri Makdono olmuşdur. 22 mart 2009-cu ildə ABŞ-də AMC kanalında yayımlanmışdır.
Qəbul "The A.V. Club" üçün yazan Donna Bouvman seriyaya A reytinqi vermişdir. "IGN" üçün yazan Set Amitin seriyanı bəyənmiş, "Pinkman və Voltun yaşadığı hər şeyin həm onlar, həm ailələri üzərindəki psixoloji təsirini" vurğulamış, seriyaya 9,8/10 xal vermişdir.
2019-cu ildə "The Ringer" seriyanı ən yaxşı 40-cı "Breaking Bad" seriyası adlandırmışdır.
İstinadlar
Xarici keçidlər Ölü arının sancması rəsmi Breaking Bad saytında.
Kateqoriya:Breaking Bad