Bozalqanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.
Toponimikası Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır.
Tarixi Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal–şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.
Tarixi abidələri Bozalqanlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5182Kərbəlai Əsədin yaşayış evi XVIII əsrBozalqanlı kəndiMemarlıqYerli5183Məhəmməd Ağanın yaşayış evi XIX əsrBozalqanlı kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Axıncaçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993652179818542009↗4199↗2062↗2137
Tanınmış şəxsləri Aşıq Hüseyn Bozalqanlı (1863, 1868 və ya 1875–1941) — Ustad aşıq. Aşıq Hüseyn (1885–1964) — Ustad aşıq. Aşıq Əsəd (1874–1951) — Ustad aşıq. Nazim Aslan Bozalqanlı (1960–) — Texnika elmləri namizədi.
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Bozalqanlı poçt şöbəsi (AZ6018) fəaliyyət göstərir.
Təhsil Kənddə Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Bozalqanlı həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Bozalqanlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri