Emmanuel Addai () — Azərbaycan Premyer Liqasındakı "Qarabağ" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış etmiş qanalı futbolçu.

Karyera 1 avqust 2001-ci ildə Kumasidə anadan olan Emmanuel Addai gənclik karyerasına Akkradakı JMG Academy-də başlamış, 2021-ci ilin avqustunda Fransanın "Bobiqni" komandasına qoşulmuşdur. Böyüklər üçün futbol karyerasına isə "Bobiqni" heyəti tərkibində Milli Çempionat 2-də (Həvəskarlar üzrə Fransa Çempionatı) başlayan Addai burada oynadığı 20 oyunda 6 qol vurmuşdur.

Addai 12 iyul 2022-ci ildə İspaniyanın "Alkorkon" klubu ilə müqavilə imzalayıb Bununla belə, o, mövsümün ilk yarısını bürokratik problemlərə görə qeydiyyatsız keçirmiş, klubdakı ilk oyununu yalnız 14 yanvar 2023-cü ildə, "Deportivo La-Korunya" ilə matçda oynaya bilmişdir. Sözügedən matçda klub "Deportivo La-Korunya" üzərində 3–1 hesabı ilə qələbə çalıb.

Addai qeydiyyatdan keçdikdən sonra mütəmadi olaraq "Alkorkon" heyətində çıxış edib. O, 24 iyun 2023-cü ildə "Kastelon"un "Alkorkon" tərəfindən 2–1 hesabla məğlub edildiyi ev oyununda hesabı bərabərləşdirən qolu vurmuş və bu da onun komandasının İspaniya ikinci futbol divizionuna yüksəlməsinə səbəb olmuşdur. İyulun 5-də o, klub ilə müqaviləsini daha bir il müddətinə yeniləyib.

Addai 23 avqust 2024-cü ildə Azərbaycanın "Qarabağ" futbol klubu ilə iki illik müqavilə imzalayıb.

İstinadlar

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Aud-Heverle Löven FK futbolçuları