Aleksandr Andreyeviç Byalko (; ) — rus jurnalisti, yazıçısı, Nə? Harada? Nə zaman? oyunun iştirakçısı, fizika-riyaziyyat elmləri namizədi.
Həyatı 28 avqust 1952-ci ildə dünyaya gəlib. İxtisasca nüvə fiziki olub.1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin Moskva Jurnalistika İnstitutunu bitirib. O, həmçinin Moskva Xarici Dillər İnstitutunda təhsil almışdır. Səkkiz dil bilirdi. 1986-cı ildə "Sinqulyar qiymətin parçalanması metodundan istifadə etməklə verilənlərin sıxılmasına əsaslanan ikiölçülü spektrometrik məlumatların toplanması, saxlanması və təhlili sistemi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Nüvə fizikası və informasiya nəzəriyyəsi sahəsində 40-a yaxın məqaləsi var. 2008–2009-cu illərdə — Əmək və Sosial Münasibətlər Akademiyasının dekanı olmuşdur. 2007-ci ildə Rusiyanın "Mədəniyyət" radiostansiyasında "Byalko Şou" verilişinə aparıcılıq etmişdir. 1979-cu ildə "Nə? Harada? Nə zaman?" oyununa qoşulmuş, 2010-cu ildə klubu tərk etmişdir. 23 avqust 2024-cü ildə vəfat edib.
İstinadlar
Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları Kateqoriya:"Büllur bayquş" sahibləri Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Poliqlotlar