Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.
Toponimikası Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır.
Tarixi
Tarixi abidələri Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5184Səkkizguşəli türbə Qeyd olunmayıbQazıqulu kəndiMemarlıqYerli5185Səkkizguşəli türbə Qeyd olunmayıbQazıqulu kəndiMemarlıqYerli5186Dəmiryol körpüsü 1880-ci ilQazıqulu kəndiMemarlıqYerli5187Yaşayış evi 1880-ci ilQazıqulu kəndi,körpünun yanında MemarlıqYerli5188Akveduk 1880-ci ilQazıqulu kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994892562332009↗850↗437↗413
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri