İmaməddin Xəlilov () — azərbaycanlı para-taekvondoçu.

Həyatı İmaməddin Xəlilov 1998-ci il 23 fevralda Gəncədə anadan olmuşdur.

Karyerası İmaməddin Xəlilov 2022-ci ildə ara-taekvondo üzrə Avropa çempionatında çıxış etmiş və gümüş medal qazanmışdır.

2023-cü ilin avqustunda o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanmışdır. Həmin ilin sentyabrında para-taekvondo üzrə Dünya Çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır.

2024-cü ilin mayında o, para-taekvondo üzrə Avropa çempionatında iştirak etmiş və qızıl medal qazanmışdır.

İmaməddin Xəlilov 2024 Yay Paralimpiya Oyunlarının açılış paradında Azərbaycanın bayraqdarı olub. O, Azərbaycanı 2024 Yay Paralimpiya Oyunlarında təmsil etmiş və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində para-taekvondo üzrə ilk Paralimpiya çempionu olmuşdur.

Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İmaməddin Xəlilova XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilmişdir. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1998-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:Azərbaycanın əməkdar idman ustaları