Sabah BK — Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası.

Haqqında Sabah basketbol klubu Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. 2022-ci ildə yaradılan "Sabah" futbol komandasına bağlı komanda olaraq 2022–23 mövsümündə Azərbaycan Basketbol Liqasına (ABL) qoşulublar. Onlar debüt mövsümündə ölkə çempionatının qalibi olublar.

Çempion kimi onlar 18 il sonra (2005-ci ildə Qala Bakıdan sonra) Avropa yarışlarında çıxış edən ilk Azərbaycan komandası kimi 2023–24 FİBA Avropa Kubokunun seçmə mərhələlərinə daxil olublar. Skopyedəki seçmə turnirində üç qələbə qazanan "Sabah" müntəzəm mövsümə vəsiqə qazanıb. Boban Mitev 2023-cü ilin avqustunda "Sabah"ın yeni baş məşqçisi təyin edilib. 26 yanvar 2024-cü ildə onu Rimas Kurtinaytis əvəzləyib.

Heyət

Uğurları Azərbaycan Basketbol Liqası

Qalib (4): 2022–23, 2023-24, 2024-25, 2025-26

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan basketbol klubları