Lazılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli tələffüz forması Lazlardır. Tədqiqatçılar oykonimi Qara dənizin cənub–şərq sahillərində yaşamış qədim laz (və ya çan) tayfasının adı ilə bağlayırlar. Gürcülərin etnoqrafik qrupu olan lazların xeyli hissəsi sonralar islam dinini qəbul etmişlər. Hazırda lazların böyük əksəriyyəti Türkiyədə, bir qismi isə Acarıstanda yaşayır. Türkiyədə Lazıstan adlı tarixi vilayət və dağ silsiləsi mövcuddur. Lazika adlı dövlət isə II–VI əsrlərdə Qərbi Gürcüstanda, VIII əsrdə isə Abxaziya çarlığının tərkibində qeydə alınmışdır.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993061461602009↘299↗149↘150

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Lazılar kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə Lazılar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Qəribli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri