Boris Tadiç (; ) — Serb siyasətçidir. O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər arasında isə Serbiya Respublikasının prezidenti olmuşdur.
Boris Tadiç 2002-ci ildə Yuqoslaviya Federativ Respublikasının nəqliyyat naziri olmuşdur. Serbiya və Monteneqro parlamentində müdafiə naziri vəzifəsində fəaliyyət göstərmiş və elə həmin il parlamentin spikeri seçilmişdir.
Serbiya Demokrat Partiyasının Baş Assambleyasının katibi, idarə heyətinin vitse-prezidenti və vəkili, 2004-2014-cü illər arasında isə partiyanın sədri vəzifəsində fəaliyyət göstərmişdir.
O, 2004-cü ildə Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda 27,3% səslə qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş seçkilərin ikinci turunda isə rəqibi olan Tomislav Nikoliçə qalib gələrək Serbiya və Monteneqronun prezidenti seçilmişdir.
2012-ci il aprel ayının 5-də, prezident seçkilərinə bir il qalmış o, prezident postundan istefa verərək növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. 2012-ci il may ayının 6-da keçirilmiş prezident seçkilərinin birinci turunda 25,31% səs yığaraq birinci olmuşdur.Tadić formally submits presidential candidacy O, prezident seçkilərinin ikinci raundunda isə rəqibi olan Tomislav Nikoliçlə növbəti dəfə mübarizə aparmalı olmuşdur. Seçkilərin ikinci turunda 47,31% səs əldə etmiş olsa da, onun rəqibi olan Tomislav Nikoliç 49,54% səs yığaraq birinciliyi əldə etmiş və Serbiyanın prezidenti seçilmişdir.Tadić: Now is time for hard work
O, 2014-cü ildə Serbiya Demokrat Partiyasından istefa verərək, özünə Serbiya Yeni Demokrat Partiyası adlı yeni bir siyasi partiya yaratmışdır.
Boris Tadiç ingilis və bir azda fransız dilini bilir. Evlidir və iki övladı var.Alo Info re Tatjana Tadić
Onun boyu təşkil edir.
İstinadlar
Həmçinin bax
Sarayevo Bosniya və Herseqovina Yuqoslaviya Sosialist Federativ Respublikası
Xarici keçidlər
Centre for modern skills 2008 Official Presidential Campaign Website Boris Tadić YouTube channel Boris Tadić MySpace campaign page Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Serbiya prezidentləri