2024–25 UEFA Millətlər Liqası —UEFA-ya üzv olan bütün assosiasiyaların kişi milli komandalarının iştirak etdiyi beynəlxalq futbol turniri olan UEFA Millətlər Liqasının dördüncü mövsümü. Turnir 2024-cü ilin sentyabrından noyabrına (liqa mərhələsi), 2025-ci ilin martına (A Liqasının 1/4 finalı və A/B və B/C liqasının pley-off oyunları), 2025-ci ilin iyununa (Millətlər Liqasının finalı) və 2026-cı ilin martına (C/D liqasının pley-off oyunları) qədər keçiriləcək.
Turnirin hazırkı qalibi 2023-cü ilin finalında qalib gəlmiş İspaniyadır.
Format 2024-25 mövsümündə milli komandalar dörd liqaya bölünəcək, A, B və C liqalarında hər biri dörd komandadan ibarət dörd qrupa bölünmüş on altı komanda, D Liqasında isə hər biri üç komandadan ibarət iki qrupa bölünmüş altı komanda iştirak edəcək. Komandalar liqalara 2022-23 UEFA Millətlər Liqasının ümumi reytinqinə əsasən ayrılmışdır. D liqası komandaları istisna olmaqla geri qalan bütün komandaların hər biri öz qrupları daxilində altı oyun keçirəcək. D liqası komandalarının isə hər biri 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarında ev-səfər dairəvi sistemi ilə dörd oyun oynayacaq.
İstinadlar
Kateqoriya:UEFA Millətlər Liqası mövsümləri