Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun Pirkənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar.
Toponimikası Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
Mədəniyyəti Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır.
Coğrafiyası və iqlimi Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir.
Əhalisi Əhalisi 4500 nəfər. 2009-cu ildə isə əhalisinin sayı 3431 nəfər olub.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İqtisadiyyatı Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ucar rayonunun kəndləri