Smilid () — e.ə. VI əsrdə yaşamış əfsanəvi qədim yunan heykəltəraşı və memarı. Dedalın müasiri olmuşdur. Smilid Egina adasından idi, Samos adasında yaşayıb işləyirdi. Onun adı heykəltəraşların fiqurları oymaq üçün istifadə etdiyi alət olan çiselin yunanca adından gəlir.

O, Samosda Heranın taxta heykəlini düzəltmişdir. Rəvayətə görə, Smilid Feodor və Rek ilə birlikdə Lemnos labirintini tikmişdilər. Sankt-Peterburqda Smilid fiquru "Yeni Ermitaj"ın cənub fasadının taxçasında antik dövrün digər görkəmli rəssamlarının heykəlləri arasında quraşdırılmışdır.

İstinadlar

Kateqoriya:Qədim Yunanıstan heykəltaraşları