thumb|Muzeyin monorelsi. – Yaponiyanın Kumamoto prefekturasının Tsunaqi qəsəbəsində yerləşən incəsənət muzeyi.

Tarixi Tsunaqi İncəsənət Muzeyi 1984-cü ildə əsası qoyulmuş Yaşıllıq və Heykəltaraşlıq İcması Tikinti Layihəsinin bir hissəsidir. Muzeyin tikintisi üçün komitə 1998-ci ilin avqustunda yaradılmışdır. Tikintisi 1999-cu ilin noyabrında başlanmış və 2000-ci ilin dekabrında başa çatmışdır. Muzey 2001-ci ilin aprelində Kumamoto prefekturasının Minamata-Aşikita regionu üçün mədəniyyət və incəsənət mərkəzi kimi açılmışdır.

2001-ci ildə muzey "Kumamoto Artpolis" layihəsinin mükafatını qazanmışdır. 2013-cü ildə muzeyə Regional Yaradılış Mükafatı verilmişdir.

Xüsusiyyətlər Muzeyin kolleksiyasına Kazuyuki Sakaino kimi kumamotolu sənətçilər tərəfindən hazırlanmış 450 eksponat, eləcə də, Tailandda yaşayan dağlıq qəbilələrin geyimləri daxildir. Muzeyin ətrafında Çuryo Sato, Tatzu Nişi, Yukinori Yanaqi, Yusuke Asay və Toşiyuki Şibakava kimi sənətçilər tərəfindən hazırlanmış 16 heykəl quraşdırılmışdır. Bu heykəllərə 1800-cü illərdə Tsunaqidə yaşamış Çiyo adlı qadını əks etdirən "Çiyo" (2003) və Tsunaqi qəsəbəsinin 50 illiyi münasibətilə hazırlanmış qadın fiquru (2014) daxildir.

Üç mərtəbədən ibarət muzey binasında çoxməqsədli zal, iki sərgi zalı, studya və kafe yerləşir. Muzeydə mədəni mübadilə tədbirləri təşkil olunur.

Monorels Muzeyin ikinci mərtəbəsindən Mayzuru Parkına qədər davam edən 241 metrlik monorels fəaliyyət göstərir. Monorelsin maksimum meyilliyi 33° təşkil edir və səyahət 5 dəqiqə çəkir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kumamoto prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Tsunaqi Kateqoriya:2001-ci ildə Yaponiyada yarananlar