İstanbul (köhnə Azərbaycandilli mənbələrdə İstambul) — Türkiyənin iqtisadi, mədəni və tarixi mərkəzini təşkil edən ən böyük şəhəri və ölkənin 81 ilindən biridir."Cumhuriyet Dönemi'nde Ankara başkent yapılmışsa da İstanbul kültürel başkent olma özelliğini korumuştur." İstanbul, Anadolu Yayıncılık (1983), s.4086."İki kıta üzerine kurulu İstanbul, Türkiye'nin siyasi ve iktisadi merkezi olmayı sürdürmektedir." ("À cheval sur deux continents Istanbul demeure le pôle culturel et économique de la Turquie.") Istanbul, Michelin (2011), s. 106. ISBN 2-06-715438-9, 9782067154384 İstanbul ilinin mərkəzidir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə altıncı sırada yer alır.List of cities proper by populationPriceWaterhouseCoopers: U. K. Economic Outlook and Global City GDP Ranking 2005–2020 Full Report (PDF faylı)
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir.İstanbula Merhaba isimli çalışma— 12 Yanvar, 2009-cu ildə arxivlənmişdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.
Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər arasında Roma İmperiyası, 395–1204 və 1261–1453 illəri arasında Bizans İmperiyasıT. C. Kültür Bakanlığı Osmanlı başkentleri sayfası . — İstifadə tarixi: 2 aprel, 2019, 1204–1261 arasında Latın İmperiyası və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir. T. C. Kültür Bakanlığı Osmanlı başkentleri sayfası.
Son illərdə ard-arda meydana çıxan arxeoloji tapıntılar bəşəriyyət tarixində mühüm rol oynayır. Yarımburqaz mağarasında tapılan daş alətlərlə, ibtidai insan izlərinin 400.000 il əvvələ söykəndiyi ortaya çıxmışdır.Qaya, Öndər (2010). "Byzas'ın yerinden Konstantin'in şehrine: İstanbul". "Cihan Payitahtı" — İstanbul kitabından. İstanbul: Timaş. ss. səhifə. 15–23. ISBN 978-605-114-165-5."Çağlar boyu İstanbul". Buraxılış tarixi: 29 iyun 2010."History of sedimentary infilling of Yarimburgaz Cave (PDF faylı), Buraxılış tarixi: 29 İyun, 2010 (İngiliscə)"İstanbul'un en eski yerleşimi: Yarımburgaz Mağaraları" 22 Yanvar, 2015 tarixində bu mənbədən arxivləndi. Buraxılış tarixi: 29 İyun, 2010 Bu arxeoloji tapıntılar təkcə İstanbul deyil, bütün Mərmərə regionunun ən qədim insan izləridir. Şəhərin Asiya hissəsində ilk məskunlaşma mərkəzləri Kalkedon, Avropa hissəsində isə Bizantion olmuşdur. Müstəqillik dövründən öncə də əsarəti altında olduğu bütün dövlətlərin paytaxt rolunu oynayan bu şəhər, 13 oktyabr 1923-cü ildə paytaxtın Ankaraya köçürülməsi ilə bu statusunu itirmişdir. Buna baxmayaraq, İstanbul hazırda da ölkənin ticarət, sənaye, nəqliyyat, turizm, təhsil, mədəniyyət və incəsənət mərkəzi olaraq qalmağa davam edir."İstanbul". Təməl Britannica. IX. İstanbul: Əsas Buraxılış. 1993. ss. səhifə 115.
Qara dəniz ilə Mərmərə dənizi birləşdirən, Asiya ilə Avropanı ayıran Bosfora ev sahibliyi edən İstanbul şəhərinin geosiyasi əhəmiyyəti olduqca yüksəkdir.Qaya Öndər (2010). "Bizansın yerindən Konstantinin Şəhərinə: İstanbul". Cihan Paytaxtı İstanbul. İstanbul: Timaş. ss. səhifə 15–23. ISBN 978-605-114-165-5. Hazırda şəhərin bütün limanları akiv olaraq istifadə edilir. Bu xüsusiyyətinə görə, uzun müddətli dominantlıq mübahisələri məhz bu bölgənin ərazisində baş vermişdir. Əsas çayları Riva, Kağıthanə və Əlibəydir.Təməl Britannica. IX. İstanbul: Əsas Buraxılış. 1993. ss. səhifə 115. Şəhər torpaqları hamardır, ən yüksək nöqtəsi isə Kartal ilçəsindəki Aydos təpəsidir. Şəhərdəki başlıca təbii göllər Böyükçəkməcə, Kiçikçəkməcə və Durusudur. Hava temperaturu və yağıntı miqdarı qeyri-sabitdir.
Toponomika
right|thumb|I Konstantin|267x267px
Şəhərin ilk adı Vizantiya olmuşdur."Kelimebaz: İstanbul". 29 oktyabr 2013 tarixində mənbəsindən arxivləndi. Giriş tarixi: 30 iyun 2010. Bu ad ilk dəfə Meqara kolonistləri tərəfindən verilib. İstanbul adına tarixdə ilk dəfə X əsrdə ərəb, sonradan türk mənbələrində rast gəlinmişdir. Adın xüsusi ad olan Bizasdan yarandığı düşünülür. Qədim Yunan ənənəsi bu adın yunan kolonistlərin əfsanəvi kralına aid olmasını istinad edir. Müasir alimlərin fərziyyələrinə əsasən Bizas adının Frakiya və İliriya adları ilə əlaqəli olduğu düşünülür. I Konstantin 330-cu ildə İstanbulu Şərqi Roma İmperiyasının paytaxtı təyin etmişdir. Bu dövrdə, şəhərdə Nova Roma adı yayılmağa çalışılmışdır. Lakin sonralar bu ad geniş istifadə edilməmişdi. Respublika dövrünədək, şəhər üçün ən geniş yayılmış ad Konstantinopol olmuşdur. Konstantiniyyə və İstanbul isə Osmanlı İmperiyası hakimiyyəti dövründə şəhərə verilmiş adlar olmuşdur. Osmanlı dövründə (XV əsrin ortalarından etibarən) şəhərə müraciət etmək üçün Konstantinopol adının istifadəsi tarixi cəhətdən yanlış olmasa da, türklər tərəfindən yanlış qəbul edilir. XIX əsrdə şəhər əcnəbilər və ya türklər tərəfindən istifadə olunan digər adları əldə etmişdi. Konstantinopolis avropalılar, İstanbul isə türklər tərəfindən istifadə olunurdu. Respublika dövrü başladıqdan sonra isə şəhərin rəsmi adı İstanbul olaraq qaldı.
1930-cu ilədək beynəlxalq sənədlərdə şəhərin rəsmi adı Konstantinopol kimi qeyd edilirdi. İstanbulun da qədim adları sayılan, "Konstantinopol — Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopu"nun rəsmi titulunda saxlanan Yeni Roma və ya İkinci Roma 330-cu ilə qədər istifadədə olan Bizans mənşəli adlardır.Georgacas, Demetrius John (1947). "The Names of Constantinople ". Transactions and Proceedings of the American Philological Association. The Johns Hopkins University Press. Buraxılış 78, səhifə 347–67. doi:10.2307/283503Evans 2000, səhifə 16 1923-cü ildə Böyük Millət Məclisi beynəlxalq səviyyədə tanındıqdan sonra Türkiyə Cümhuriyyətinin əsası quruldu, və həmin ilin 13 oktyabrında Türkiyənin paytaxtı Ankara şəhəri elan edildi. 28 mart 1930-cu ildə isə Türkiyədə bütün sənədlərdə İstanbul yazılması barədə qərar qəbul edildi. İstanbul şəhəri dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. XV əsrədək Bizansın paytaxtı olmuş bu şəhərin siması islam-türk mədəniyyətinin verdiyi töhfələrlə daha da gözəlləşmişdir.
Tarixçəsi
İstanbul şəhərinin tarixi olduqca qədimdir və bir çox tarixi mərhələlərdən keçmişdir. Belə ki, bu ərazinin ilk məskunlaşma tarixi kimi 300 min, şəhər kimi 3 min, paytaxt kimi isə 1600 ilə qədər yaşı vardır.
İstanbul Avropa və Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşən şəhərdir.3sat HD, Ein Film von Albrecht Knechtel & Tuğrul Artunkal, Kamera Frank-Peter Lehmann, Produktion Albert Knechtel/Rilana Film im Auftrag des 2DF in Zusammenarbeit mit arte, 2010 Şəhər tarix boyu fərqli sivilizasiya və mədəniyyətlərə ev sahibliyi etmiş, əsrlər boyu müxtəlif din, dil və irqdən insanların birlikdə yaşadığı şəhərlərdən biri olmuşdur. Hər sahədə mərkəz olmağı və dünya trendlərində daim iqtidarda qalmağı bacaran dünyadakı nadir məskunlaşma yerlərindən biri olan İstanbul keçmişdən günümüzə qədər dünyanın paytaxtıdır.İstanbulun Tarihi hakkında makale — 10 Mart, 2019 tarixində arxivlənmişdir.
Şəhər, 8500 il liman, 3000 il şəhər və 1600 il paytaxt rolunu oynamış, Avropa və Asiya qitələrini birləşdirən şəhər olaraq tarixə keçmişdir. İstanbul tarixi beş əsas dövrə bölünür: 1. Eramızdan əvvəlki dövr, 2. Quruluş və Bizans dövrü, 3. Konstantinopolis dövrü, 4. Konstantiniyyə dövrü və sonuncu olan 5. müasir İstanbul dövrü.
Eramızdan əvvəlki dövr İstanbul şəhərinin tarixi üç yüz min əvvələ qədər uzanmaqdadır. Kiçikçəkməcə gölü sahilində tapılan, Yarımburqaz mağarasında gedən qazıntı işlərində ibtidai insanın ilk izləri tapılmışdır.Yarımburgaz Mağarası kazıları 1 aprel 2009 Neolit dövründə, ağıllı insanların bu göl ətrafında yaşadığı düşünülür. Müxtəlif dövrlərdə aparılan qazıntılar zamanı Orta Paleolit dövrünə aid əmək alətləri aşkar edilmişdir.İstanbul'un Tarihçesi, harika.istanbul.gov.tr 2009-07-28 tarixində məlumatlar alınmışdır.
Bizantion dövrü
Bizantion, İstanbul şəhərinin Konstantinopoldan öncəki adı olmuşdur. 2008-ci ildə İstanbul metrosu üçün Marmaray boru keçidi qazıntıları zamanı, daş dövrünə aid şəhər qalıqlarına rast gəlinmişdir.BBC: "Istanbul's ancient past unearthed" Yanvar 10, 2009-cu ildə yayımlanmışdır. Yanvar 11, 2009 tarixində bərpa edildi."Hürriyet: Bu keşif tarihi değiştirir (2 oktyabr 2008)". Hurriyet.com.tr. 23 may 2009. 1 sentyabr 2015 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 28 may 2009."Hürriyet: Photos from the Neolithic site, circa 6500 BC". 18 noyabr 2015 tarixində bu mənbədən arxivləndi. Yayımlanma tarixi: 28 may 2009. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-də qurulmuş və adını kral Bizas və ya Bizantasdan almışdır. 330-cu ildə bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib.
Həmçinin, Kadıköydə Frakiyalılara aid qalıqlara da rast gəlinmişdir. Frakiyalılar XIII və XI əsrlərdə bu bölgə yaxınlığında Semistra şəhərini qurmuşdur."Cultural Details of Istanbul". Republic of Turkey, Minister of Culture and Tourism. 6 iyul 2014 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 2 sentyabr 2007. Kral Liqosun dövründə, Sarayburnu və bugünkü Topqapı Sarayında akropol qurulmuşdur."The Early History of Constantinople". 18 sentyabr 2015 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 12 iyul 2008.
Şəhəri 1453-cü ilin may ayında türklər tərəfindən ələ keçirildikdən sonra adı dəyişdirilmişdir.
Bizans İmperiyası dövrü
Bu dövr 324–1453-cü illəri əhatə etmiş, I Konstantinin şəhəri ələ keçirməsi ilə başlamışdır. Roma İmperiyasının paytaxtı olduqdan sonra şəhər, Şərqi Roma imperiyasının da mərkəzinə çevrilmişdir. Bizans İmperiyası dövründə Romalı əhalinin köçürülməsi ilə əhalinin sayı xeyli artmışdır. Bu dövrdə şəhər yeni bir memarlıq üslubu ilə genişlənmişdir. 100 min nəfərlik hippodroma (Sultanəhməd Meydanı) limanlar və su obyektləri inşa edilmişdir. thumb|right|Ayasofya, Bizans dövrünün ən əhəmiyyətli əsərlərindən biri, 2006 Konstantinopol dövründə şəhərə Nova Roma adı verilsə də, 11 may 330-cu ildə şəhər Konstantinopol adını aldı. 360-cı ildə dünyanın ən böyük kilsəsi olan Aya Sofyanı inşa etdirən Konstantinin şərəfinə adlandırıldı. Həmçinin Konstantin Roma imperiyasının dinini xristianlığa dəyişmiş və xristinalığı yaymışdır. Bu hadisədən sonra paqanizm dini Romanın qərbində azalmağa başlamışdır. Bizansın İmperiya dövrünün I Feodosinin ölümündən başlamasına baxmayaraq, Konstantinin xristian dinini yaymasına hörmət olaraq, imperator adlandırılmışdır.
Bizans İmperiyası dövründə olduqca strateji rola sahib olan şəhər Avropa və Asiya arasında yerləşən mühüm qapı rolunu oynamışdır. Şəhər həm də ticarət, mədəniyyət və diplomatik əlaqələrin mərkəzi olmuşdur. Bu dövrdə şəhərin adı Poli olmuşdur."İstanbul'un tarihteki isimleri". Istanbulhotels.net. 16 avqust 2011 tarixində bu mənbədən arxivləndi. Yüklənmə tarixi: 24 iyul 2009.
476-cı ildə Qərbi Roma İmperiyasının dağılmasından sonra, Qərbi Roma İmperiyasında məskunlaşmış romalıların əksəriyyəti buraya köçmüş və İstanbul Bizans İmperiyasının paytaxtı olmuşdur. 543-cü ildə yayılan epidemiya əhalinin yarıdan çoxunun ölümünə səbəb olmuşdur. Şəhər İmperator I Yustinian dövründə yenidən əvvəlki qüdrətini qazanmışdır.
700-cü illərdə şəhər, Sasanilər və Avarlar, 800-cü illərdə bolqarlar və ərəblər, 900-cü illərdə ruslar və yenidən bolqarlar tərəfindən hücuma məruz qalmışdır. Ancaq hücumlar arasında ən dağıdıcısı 1204-cü ildə Səlib yürüşləri zamanı baş vermişdir. 4-cü Səlib yürüşü zamanı 1204-cü ildə ələ keçirilən şəhər talan edildi. Sakinlərin əksəriyyəti şəhərdən qaçmış, şəhər yoxsulluq və dağıntıların olduğu bir bölgəyə çevrilmişdir.İstanbulun tarihi — İstanbul Shopping Fest . İstifadə tarixi: 2 Aprel, 2019