– Yaponiya müğənnisi, musiqiçisi və mahnı yazarı. Anime serialları üçün bağlanış mahnıları ifa etmişdir.
İlk illəri Sayuri Fukuoka şəhərinin Hiqaşi rayonunda yerləşən Şika adasında doğulmuşdur. "Kanjani Eight" qrupundan təsirlənərək gitara çalmağa və mahnı bəstələməyə başlamışdır. "Muu" və "Longtal" qruplarının üzvü kimi küçələrdə ifa etmişdir.
Karyerası Sayuri 2013-cü ilin avqustunda Tokioya köçmüş, əvvəlcə qapalı məkanlarda, daha sonra küçələrdə ifa etməyə başlamışdır. O, ilk solo performansını 2015-ci ilin martında "Shibuya O-East"də gerçəkləşdirmişdir. 26 avqustda "Mikazuki" adlı ilk sinqlını buraxaraq peşəkar musiqi karyerasına başlamışdır. Mahnı "Rampo Kitan: Game of Laplace" animesinin bağlanış mahnısı kimi istifadə olunmuşdur.
24 fevral 2016-cı ildə "Sore wa Chiisana Hikari no Youna" adlı ikinci sinqlını buraxmışdır. Mahnı "Erased" animesinin bağlanış mahnısı olmuşdur. Mahnının sözləri animenin bəstəkarı Yuki Kaciura tərəfindən yazılmışdır. 24 iyunda "Lu-La-La-Lu-La-Lu-La-La-Lu-La" adlı üçüncü sinqlını buraxmışdır. Dördüncü sinqlı "Furaregai Girl" 7 dekabrda buraxılmışdır.
1 mart 2017-ci ildə "Parallel Line" adlı beşinci sinqlını buraxmışdır. Bu mahnı "Scum's Wish" animesinin bağlanış mahnısı kimi istifadə olunmuşdur. İlk orijinal musiqi albomu "Mikazuki no Koukai" 17 mayda buraxılmışdır. 28 fevral 2018-ci ildə "Tsuki to Hanataba" adlı altıncı sinqlını yayımlamışdır. Mahnı "Fate/Extra Last Encore" animesinin bağlanış mahnısı olmuşdur. 27 noyabrda buraxılmış "Reimei" mahnısı "Golden Kamuy" animesinin ikinci açılış mahnısı kimi istifadə olunmuşdur.
25 avqust 2019-cu ildə "My Hero Academia" animesinin dördüncü mövsümünün açılış mahnısı olan "Koukai no Uta" mahnısını ifa edəcəyini açıqlamışdır. 16 may 2020-ci ildə "Aoibashi" mahnısının "Sing "Yesterday" for Me" animesi üçün bağlanış mahnısı olacağı bildirilmişdir. 3 iyul 2022-ci ildə "Lycoris Recoil" animesinin bağlanış mahnısı olan "Hana no Tō" sinqlı buraxılmışdır. 10 avqust 2022-ci ildə ikinci solo albomunu buraxmışdır.
Ölümü Sayuri 20 sentyabr 2024-cü ildə 28 yaşında xronik xəstəlikdən ölmüşdür. Onun ölümü 27 sentyabrda açıqlanmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri Kateqoriya:Yaponiyanın mahnı yazarları Kateqoriya:Yaponiya gitaraçıları Kateqoriya:Anime müğənniləri Kateqoriya:Qadın gitaraçılar