Fuad Şükr (), həmçinin Əl-Həcc Mohsen və Mohsen Şükr təxəllüsləri ilə tanınır () — Livan hərbi lideri, "Hizbullah"ın yüksək səviyyəli üzvü. "Hizbullah"ın qurucu generasiyasının üzvü olan Şükr 1980-ci illərin əvvəllərindən təşkilatda yüksək səviyyəli hərbi lider olmuşdur. Qırx ildən artıq müddətdə qruplaşmanın aparıcı hərbi xadimlərindən birinə çevrilmiş və onun rəhbəri Həsən Nəsrullahın hərbi məsləhətçisi olmuşdur.
30 iyul 2024-cü ildə Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.
İstinadlar
Kateqoriya:Hizbullah üzvləri Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:Livanlı şiə müsəlmanları