Ləkistan hadisəsi — Osmanlı tərəfindən dəstəklənən kürd tayfalarının Simko Şəqaqi üsyanı zamanı Qərbi Azərbaycan ostanının Ləkistan regionuna Simko Şəqaqinin başçılıq etdiyi hücum və orada törədilən qətliamlar. Kürd qüvvələrinin qələbəsindən sonra 3,500 azərbaycanlı həlak olmuşdur. Onlardan 2,000 nəfərinin döyüşlər zamanı, 1,500 nəfərinin isə soyuq havadan qaçmaq istəyərkən həlak olduğu bildirilmişdir.
Zəmin Birinci Dünya müharibəsi başa çatdıqdan sonra şəqaqi kürd tayfasının başçısı olan Simko Şəqaqi Kürdüstanın müstəqilliyi tələbi ilə etnik aysor və azərbaycanlı vətəndaşlara, habelə İran hakimiyyətinə qarşı hücumlara rəhbərlik etməyə başlamışdı. 1918-ci ildə Urmiya gölünün qərbində bir çox kürd öz hakimiyyətini qurmağa başlayan Simkonun tərəfinə keçmişdir.W. G. Elphinston, The Kurdish Question, International Affairs, Vol.22, No.1, pp. 91-103, 1946. p. 97 Simko kürd ordusunu sürətlə böyütmüş və gücünü artırmışdır. İran ordusu Simkoya sadiq kürdlərin qarşısını ala bilməmişdi və bundan sonra Simko Qərbi Azərbaycan ostanında çoxlu əraziləri, 1922-ci ilə qədər isə hətta Banə və Sərdəşt də daxil olmaqla böyük şəhərləri ələ keçirmişdir.F. Koohi-Kamali, "Nationalism in Iranian Kurdistan" in The Kurds: A Contemporary Overview, ed. P.G. Kreyenbroek, and S. Sperl, 252 pp., Routledge, 1992, pp. 175, 176
Qərbi Azərbaycan ostanının çoxmillətli hissələri, xüsusən də Salmas, Urmiya və Xoy şəhərləri təhlükəli altında idi. Kürdlərin mümkün hücumundan getdikcə daha çox narahat olan azərbaycanlılardan və aysorlardan Tehrana yardım üçün teleqramlar ünvanlanırdı. Daha sonra Simko Şəqaqi tamamilə etnik azərbaycanlıların yaşadığı Ləkistana, yəni Sultan Əhməd və Qaraqışlağa planlı hücuma başlamışdır.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، ص 851. Ləkistan Salmas yaxınlığındadır və sakinləri ya maldar, əkinçi və ya rəis idilər.انزلی، حسن، «اورمیه در گذر زمان»، ص 234.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، صص 829 - 832.
Hücum 1919-cu ilin dekabrında Simko Ləkistana hücum etmək üçün qüvvələr hazırlamışdır. Ləkistan əhalisi bunu eşidib döyüşə hazırlaşmışdır. Onlar biri Sultan Əhməd, digəri Qaraqışlaq olmaqla iki yerdə doqquz kənddən toplanmışdılar. Özləri ilə ailələrini də gətirmişdilər. 8,700 yerli sakin burada idi, baxmayaraq ki, 340-dan çoxunun silahı yox idi. Azərbaycanlıların başçıları Məsud Divan və onun qardaşı Sadiq xan idi. Teymur Yavur Həbşi, Hacırza Qaraqışlaği və Kərbəlayi İbrahim Xan Qəzəlcə də burada idilər. Döyüş başlamazdan əvvəl Quşçudan olan azərbaycanlı sərkərdə Kazım xan əlli döyüşçüsü ilə Ləkistana gəlmişdir.
Simkonun 4,000-ə yaxın kürd əsgəri var idi. 19 dekabrda kürdlər Sultan Əhmədin ətrafına çataraq döyüşə başladılar. Hər tərəfdən şəhərə daxil olan kürdlər tərəfindən sıxışdırılan azərbaycanlılar iki saat müqavimət göstərmişdi, lakin kürdlər nəticədə qarət və qətliamlara başladılar. Ərazidən qaçmağa çalışan mülki şəxslər Qaraqışlağa çatmış, bəziləri isə ora çatmamış öldürülmüşdür.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، صص 851 - 852. Simko işğalı dayandırmaq üçün 5,000 tümən və 15.000 güllə istəmişdir, lakin tələbləri yerinə yetirilməmişdir.
Sultan Əhmədi ələ keçirdikdən sonra Simko Qaraqışlaq üzərinə hücuma keçmişdir. Məsud Divan, qardaşları Sadiq xan və İbrahim xan Qaraqışlağın müdafiəsinə başçılıq etmiş və on bir saat müqavimət göstərə bilmişdilər. Qaraqışlaqdakı döyüş Sultan Əhməddəki döyüşdən qat-qat qanlı olmuş və Məsud Divan öldürülmüşdür, Qaraqışlaq işğal edilmişdir. Qaraqışlaq əhalisi qaçqın düşmüş, kənddə qalanlar isə əsir düşmüşdür. Qaçqınları çoxu soyuqdan öldü, sağ qalanlar isə 2 gündən sonra Şərəfxanaya çatmışdılar.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، ص 852.
Ləkistandan sağ çıxanların Təbrizə göndərdikləri teleqramda 3,500 azərbaycanlının həlak olduğunu qeyd edilmişdir. Onlardan 2,000 nəfərinin döyüşlər zamanı, 1,500 nəfərinin isə soyuq havadan qaçmaq istəyərkən həlak olduğu bildirilmişdir. Bu itkilər xalqın İran hökumətini tənqid etdiyi Təbrizdə güclü sarsıntı yaratmışdı. Onlar Ləkistan hadisəsini kürd üsyançılarının İrana sızdığı və az qala Təbrizə çatdığı, lakin şiə azərbaycanlıların sünni kürdlərə təslim olmaqdan imtina etməsi səbəbindən uğursuzluğa düçar olan Şeyx Übeydulla üsyanı ilə müqayisə etmişdilər.Behrendt, Günter (1993), pp.222–223Chaliand, Gérard (1981-01-01). Les Kurdes et le Kurdistan (in French). La Découverte (réédition numérique FeniXX). pp. 50–52. ISBN 2707110132. İran Ordusu daha sonra Ləkistana qoşun yeritmiş və onu geri almışdır. Ləkistan hadisələri zamanı və ondan sonra yaxın yaşayış məntəqələrində azərbaycanlılar və aysorlar kürdlərlə toqquşdular.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، صص 852 - 857. Simko yenidən hücuma başlamış, lakin İranla razılaşdıqdan sonra hücumlarını dayandırmışdır. Onun qoşunları bu zaman azərbaycanlı və aysorların yaşadığı kəndləri talan etməyə davam etmişdilər.تاریخ مشروطه ایران (کتاب), تاریخ مشروطهٔ ایران, احمد کسروی تبریزی, انتشارات امیرکبیر, صفحه ۴۲۵ Dərhal sonra Simko Urmiyaya hücuma rəhbərlik etmiş və burada başqa bir döyüş başlamışdır.کسروی، احمد، «تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران»، ص 831.
İstinadlar
Kateqoriya:1919-cu ildəki münaqişələr Kateqoriya:Qərbi Azərbaycan ostanı Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:XIX əsrdə İran