thumb|200px|BVF-nin Vaşinqtondakı əsas binası thumb|Dünya Bankının qərargahı Vaşinqtonda 180px|thumb|Beynəlxalq Hesablaşmalar Bankının baş ofisi İsveçrənin Bazel şəhərindədir thumb|Asiya İnkişaf Bankı, Filippinin Manila şəhərində
Beynəlxalq maliyyə təşkilatı — beynəlxalq maliyyə sahəsində dövlətlərarası (beynəlxalq) müqavilələr əsasında yaradılmış təşkilat. Dövlətlər və qeyri-dövlət qurumları müqavilələrin tərəfi ola bilərlər.Humphrey, C., & Brugger. (n.d.). The Role of Multilateral Development Banks in Financing the Sustainable Development Goals [Policy Paper]. https://ethz.ch/content/dam/ethz/special-interest/gess/nadel-dam/publications/NADEL_Policy_Paper_MDB_EN_web.pdf
Beynəlxalq maliyyə təşkilatlarının yaradılmasının məqsəd və vəzifələri Beynəlxalq iqtisadi münasibətlərin əsas formalarını tənzimləyən dövlətlərarası təşkilatların yaradılması ideyası 1929-1933-cü illərdə qlobal iqtisadi böhranın təsiri altında yaranmışdır. Beynəlxalq maliyyə təşkilatları dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin inkişafında müəyyən problemlərin həlli üçün iştirakçı dövlətlər tərəfindən maliyyə resurslarının birləşdirilməsi yolu ilə yaradılır.
Beynəlxalq maliyyə təşkilatının məqsədləri əməkdaşlığı inkişaf etdirmək, bütövlüyü təmin etmək, çətin vəziyyətləri sabitləşdirmək və dünya iqtisadiyyatındakı ziddiyyətləri hamarlaşdırmaq ola bilər.
Beynəlxalq valyuta və maliyyə institutlarının fəaliyyət sahəsi:
qlobal iqtisadiyyatın inkişafının vəziyyəti, meylləri və amillərinin təhlili; qlobal iqtisadiyyatı tənzimləmək, beynəlxalq ticarəti saxlamaq və stimullaşdırmaq məqsədilə qlobal valyuta və fond bazarlarında əməliyyatlar; investisiya fəaliyyəti (beynəlxalq və yerli milli layihələr sahəsində kreditlərin verilməsi); dövlət layihələrinin kreditləşdirilməsi; beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi; tədqiqatın maliyyələşdirilməsi; xeyriyyəçilik fəaliyyəti.
İstinadlar
Xarici keçidlər Dataset on all official international lending (230,000 loans, grants and guarantees) by states and multilateral institutions over the period 1790-2015. Bank Information Center World Bank page describing MDBs
Kateqoriya:Maliyyə Kateqoriya:Beynəlxalq maliyyə təşkilatları