Norfolk hersoqu () — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Rəsmi iqamətgahları Sasseksdəki Arundel qalasıdır və ənənəvi olaraq, İngiltərə Anqlikan kilsəsinə yox, Roma-Katolik kilsəsinə mənsubdurlar. Tarix boyunca bu ünvana layiq görülən bütün Norfolk hersoqları İngiltərə kralı I Edvardın şəcərəsinə mənsubdur.

Tarixi Norfolk hersoqluğundan öncə Normandiyalı Rocer Biqod ilə başlayan Norfolk qraflığı ünvanı vardı. Oğul şəcərəsi 1306-cı ildə geridə varis qoymadan vəfat edən V Norfolk qrafı Rocer Biqod ilə sonlandı və ünvanın bütün mülk və sərvəti səltənət tərəfindən ələ keçirildi. Çox keçmədən 1312-ci ildə İngiltərə kralı II Edvard qardaşı Tomas Brotertonu Norfolk qrafı təyin etdi və bu ünvan qardaşından sonra onun qızı Marqaritaya və nəvəsi Tomas Movbreyə keçdi.

1397-ci ildə II Riçard son Norfolk qrafinyası Marqarita Brotertonun nəvəsi Tomas Movbreyi hersoq təyin edərək eyni anda qraflığı hersoqluğa yüksəltdi. Ancaq o əsnada qrafinya sağ idi və bu səbəblə formal olaraq ona da, Norfolk hersoqinası ünvanı verildi. Bununla yanaşı, hər ikisi bir neçə ay fərqlə 1399-cu ildə öldü və hersoqluq yenidən qraflığa çevrildi. Tomas Movbreyin dul xanımı Yelizaveta Fitzalan isə 1425-ci ildəki ölümünədək Norfolk qrafinyası olaraq yaşadı. 1425-1476-cı illərdə hersoqluq Movbrey ailəsinin əlində qaldı. Ancaq sonuncu hersoq III Con Movbreyin geridə oğul varis qoymadan vəfat etməsinin ardından, 3 yaşındakı qızı Anna Norfolk qrafinyası oldu və hersoqluq yenidən ləğv edildi.

Norfolk hersoq(ina)ları

Birinci təsisi (1397) S/sHersoq(ina)ların adıVəzifə müddətiQeyd -Marqarita Broterton 1322-1399

(77 yaş)1397 – 24 mart 1399 İngiltərə kralı I Edvardın nəvəsi, Tomas Brotertonun ən böyük qızı və varisidir. Atasının vəfatının ardından 1338-ci ildə Norfolk qrafinyası oldu. Oğlu olmadığı üçün ən böyük oğul nəvəsi Tomas Movbreyi varisi elan etdi və 1397-ci ildə onunla birlikdə Norfolk hersoqluğuna yüksəldi.1Tomas Movbrey 1366-1399

(33 yaş)1397 – 22 sentyabr 1399 Norfolk qrafinyası olan nənəsi Marqarita Brotertonla birlikdə 1397-ci ildə Norfolk hersoqluğuna yüksəldi. Özü kimi I Edvardın kötücəsi olan Bolinburqlu Henriylə girişdiyi siyasi mübarizə səbəbilə, 1398-ci ildə ömürlük sürgün edildi. Həcc ziyarəti məqsədilə Qüdsə yola düşsə də, Venesiyada ikən vəfat etdi. -Yelizaveta Fitzalan 1366-1425

(59 yaş)22 sentyabr 1399 – 8 iyul 1425 Tomas Movbreyin ikinci xanımıdır. Ərinin ölümü və hersoqluğun ləğvindən sonra Norfolk qrafinyası olaraq həyatını davam etdirdi.2I Con Movbrey 1392-1432

(40 yaş)8 iyul 1425 – 19 oktyabr 1432 Tomas Movbreyin oğludur. Yüzillik Müharibədə iştirak etdi. Anasının ölümünün ardından 1425-ci ildə atasının mülklərini miras aldı və Norfolk hersoqu ünvanını bərpa etdi. Atasının rəqibi olan Bolinburqlu Henrinin bacısı qızı Yekaterina Nevillə evləndi və ölümündən sonra geridə bir oğul varisi buraxdı.3II Con Movbrey 1415-1461

(46 yaş)19 oktyabr 1432 – 6 noyabr 1461 I Con Movbreyin yeganə oğludur. Atasının vəfatının ardından 1432-ci ildə onun mülklərini miras aldı və Norfolk hersoqu təyin edildi. Atası kimi Yüzillik Müharibədə iştirak etdi. Güllər müharibəsində öncə Lankasterləri dəstəkləsə də, daha sonra York cəbhəsinə qatıldı və Yorklu Edvardın 1461-ci ildəki qələbəsində mühüm rol oynadı.4III Con Movbrey 1444-1476

(32 yaş)6 noyabr 1461 – 14 yanvar 1476 II Con Movbreyin yeganə oğludur. Oğul varisi olmadığı üçün ölümündən sonra 3 yaşındakı qızı Anna Norfolk qrafinyası oldu və hersoqluq ləğv edildi.

İkinci təsisi (1477) S/sHersoq(ina)ların adıVəzifə müddətiQeyd 1Şrusberili Riçard 1473-1483

(10 yaş)7 fevral 1477 – 1483 İngiltərə kralı IV Edvardın oğludur və atası tərəfindən Norfolk hersoqu təyin edildi. Ertəsi il son Norfolk hersoqunun varisi Anna ilə evləndi və əlindəki mülklərə rəsmi olaraq sahibləndi. Atasının vəfatından sonra taxtı ələ keçirdən əmisi III Riçard tərəfindən qardaşı V Edvardla birlikdə London qəsrinə həbs edildi və müəmmalı şəkildə öldürüldü.

Üçüncü təsisi (1483) S/sHersoq(ina)ların adıVəzifə müddətiQeyd 1Con Hovard 1425-1485

(60 yaş)28 iyun 1483 – 22 avqust 1485 İlk Norfolk hersoqu Tomas Movbreyin nəvəsidir. III Riçardın ən yaxın dostu və ən güclü dəstəkçisi idi. Onunla birlikdə Bosvort döyüşündə həlak oldu.2I Tomas Hovard 1443-1524

(81 yaş)1 fevral 1514 – 21 may 1524 Con Hovardın oğludur. Şotlandlara qarşı ölkəni ləyaqətlə müdafiə etdi. 3II Tomas Hovard 1473-1554

(81 yaş)21 may 1524 – 27 yanvar 1547 1553 – 25 avqust 1554 I Tomas Hovardın oğludur. VIII Henriyə qarşı saray intriqalarında adı hallandığı üçün həbs edilsə də, edamdan xilas oldu. I Mariyanın dövründə ünvanlarını geri aldı.4III Tomas Hovard 1536-1572

(36 yaş)25 avqust 1554 – 2 iyun 1572 II Tomas Hovardın nəvəsidir. I Elizabetə qarşı sui-qəsddə ittiham olunaraq, vətənə xəyanətlə edam olundu.5IV Tomas Hovard 1627-1677

(50 yaş)29 dekabr 1660 – 13 dekabr 1677 III Tomas Hovardın kötücəsidir. Əqli geriliyi səbəbilə ünvanları formal olaraq aldı və bütün mülkləri qardaşı tərəfindən idarə edildi.6I Henri Hovard 1628-1684

(56 yaş)13 dekabr 1677 – 13 yanvar 1684 III Tomas Hovardın kötücəsidir. Əqli geriliyi səbəbilə qardaşının yerinə mülkləri idarə etdi. Onun vəfatından sonra ünvana və mülklərə yiyələndi.7II Henri Hovard 1655-1701

(46 yaş)8V Tomas Hovard 1683-1732

(50 yaş)9Edvard Hovard 1685-1777

(50 yaş)10I Karl Hovard 1720-1786

(50 yaş)11II Karl Hovard 1746-1815

(50 yaş)12Bernard Hovard 1765-1842

(76 yaş)13III Henri Hovard 1791-1856

(64 yaş) Bernard Hovardın oğludur.14I Henri Fitzalan-Hovard 1815-1860

(45 yaş) Henri Hovardın oğludur.15II Henri Fitzalan-Hovard 1847-1917

(69 yaş) Henri Fitzalan-Hovardın oğludur.16Bernard Fitzalan-Hovard 1908-1975

(66 yaş) Henri Fitzalan-Hovardın oğludur.17Mayls Fitzalan-Hovard 1915-2002

(86 yaş)18Eduard Fitzalan-Hovard 1956-

(69 yaş) Mayls Fitzalan-Hovardın oğludur.

Mənbə

Morris, Susan; Bosberry-Scott, Wendy; Belfield, Gervase, eds. (2019). "Norfolk, Duke of". Debrett's Peerage and Baronetage. Vol. 1 (150th ed.). London: Debrett's Ltd. pp. 3818–3832. ISBN 978-1-999767-0-5-1 Mosley, Charles (ed.) Burke's Peerage, Baronetage & Knightage, 107th edition, volume 2. Wilmington, Delaware, U.S.A.: Burke's Peerage (Genealogical Books) Ltd, 2003 C. Given-Wilson, 'Mowbray, Thomas (I), first duke of Norfolk (1366–1399)’, Oxford Dictionary of National Biography, Oxford University Press, 2004 Robinson, John Martin. The Dukes of Norfolk: A Quincentennial History. Oxford University Press, 1982