Yusif Memət oğlu Bolat (; ) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi. Həyatı Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır.

Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub.

1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.

1937-1939-cu illərdə - Krım Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının məsul katibi olub. 1939-1941-ci illərdə “Ədəbiyyat Şurası” (“Sovet ədəbiyyatı”) jurnalının redaktoru, 1941-ci ildən “Qızıl Qırım” qəzetinin redaktor müavini, 1942-ci ildən Moskvada radio komitəsində Krım tatar radiosunun verilişlərinin məsul redaktoru vəzifələrində çalışıb.

1944-cü ildə krım tatarlarının deportasiyası zamanı Özbəkistana deportasiya olunub, burada müəllim, sonra isə jurnalist kimi fəaliyyət göstərib. 1961-1984-cü illərdə “Lenin Bayrağı” qəzetində şöbə müdiri, sonra məsul katib, daha sonra redaktor müavini vəzifələrində çalışıb. Özbəkistanın əməkdar mədəniyyət işçisi fəxri adını alıb.

Yusif Bolat 1986-cı ildə Daşkənddə vəfat etmişdir. Şəxsi həyatı 1939-cu ildən yazıçılar Şamil Aladin və Maqsud Süleymanla Simferopolda Jukovski, 20 küçəsindəki “Mütəxəssislər evi”ndə bir mənzildə yaşayıb. 1940-cı ildə Sıdıka Umerova ilə nigaha girib.

Yusuf Bolat Şamil Ələddinin dayısı idi. Mükafatları "Qırmızı əmək bayrağı" ordeni (16.03.1979) Yaradıcılığı Bəzi əsərləri: “Zənglər çalanda” () “Yaşamaq istəyirəm” () “Son gecə” () "Alim" () “Arzı qız” () “Toy davam edir” () “Saf ürəklər” () "Hənifə" ()

İstinadlar

Xarici keçidlər Некоторые произведения Юсуфа Болата языке оригинала Открылась выставка, посвященная 100-летию Ю.Болата Бесценно творчество Юсуфа Болата

Kateqoriya:Krımda doğulanlar Kateqoriya:Krım tatarları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Krım tatar yazıçıları