I Sway () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış yeddinci Koreya minialbomu. 8 iyul 2024-cü ildə buraxılmışdır. Əsas sinqlı "Klaxon" olan minialboma 4 trek daxildir.
Buraxılması 10 iyun 2024-cü ildə "Cube Entertainment" qrupun 8 iyulda yeni minialbom buraxacağını açıqlamışdır. 21 iyunda albom üçün konsept treyleri buraxılmışdır. 27 iyunda alboma daxil olan mahnıların siyahısı və əsas sinql "Klaxon" açıqlanmışdır. 28 iyunda albomun səs nümunəsi, 1 iyulda beş video tizeri buraxılmışdır. 2 iyulda albom üçün giriş filmi yayımlanmışdır. Minialbom və "Klaxon" mahnısı üçün klip 8 iyulda buraxılmışdır.
Tanıtım Albomun buraxılmasından öncə qrup 8 iyulda YouTube və Weverse-də "(G)I-dle 7th Mini Album [I Sway] Comeback Live" adlı canlı tədbir keçirərək minialbomu tanıtmış və fanatları ilə birləşmişdir.
Qəbul "I Sway" həftəlik "Circle" albomlar hit-paradında 2-ci yerə yüksəlmişdir. "Oricon" hit-paradında isə 19-cu yerdə qərarlaşmışdır.
Trek siyahısı
İstinadlar
Kateqoriya:I-dle minialbomları Kateqoriya:2024-cü ilin minialbomları