Afyonkarahisar Sağlamlıq Elmləri Universiteti — Türkiyənin Afyonkarahisar şəhərində, səhiyyə elmləri sahəsində qabaqcıl dövlət universiteti. 18 may 2018-ci ildə Afyon Kocatepe Universitetindən ayrıldıqdan sonra tibb universiteti olaraq yaradılmışdır.

Akademik strukturu

İnstitutları Ali Təhsil məktəbi

Fakültələri

Stomatologiya fakültəsi Əczaçılıq fakültəsi Tibb fakültəsi Sağlamlıq Elmləri fakültəsi Qidalanma və Pəhriz Fizioterapiya və Reabilitasiya Tibb bacısı Səhiyyə idarəetməsi

Kollecləri

Atatürk Sağlamlıq Xidmətləri kolleci Bolvadin Sağlamlıq Xidmətləri kolleci Şuhut Sağlamlıq Xidmətləri kolleci

Universitet həmçinin Afyonkarahisar Tibb Elmləri Universitetində Sağlamlıq Araşdırmaları və Tətbiqi Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edərək kliniki xidmətlər göstərir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Universitetlər