Baxşi İşxanyan (; ) — erməni ictimai-siyasi xadimi, iqtisadçı, publisist.
Həyatı Baxşi Zakarbekoviç İşxanyan 1879-cu ildə Xaçın mahalının Sarıkeşiş kəndində anadan olmuşdur. 1899-cu ildə Şuşa yeparxiya məktəbi bitirərək Gevorkyan Dini Seminariyasına qəbul olmuşdur. 1901-ci ildə Almaniyaya gedərək Leypsiq Universitetinə daxil olmuş, 1905-ci ildə buranı bitirmişdir. Avropadakı erməni sosial-demokrat təşkilatlarda ("Hnçak") fəallıq göstərmiş, "Mşak", "Arşaluys", "Luyse oratsuyts", "Murç" kimi qəzetlər üçün yazılar yazmışdır. 1904-cü ildə Cenevrədə Karl Marksın "Muzdlu əmək və kapital" əsərini ermənicəyə tərcümə etmişdir.
1905-ci il inqilabı ərəfəsində Qafqaza qayıtmış, 1906-cı ildən "Kyank" ("Həyat") adlı qəzetin redaktoru olmuşdur. Təqiblərə məruz qalaraq 1908-ci ildə çar jandramsı tərəfindən həbs edilmişdir. 1911–1913-cü illərdə yenidən Almaniyada yaşamış, burada "Sosialist" adlı qəzetlə əməkdaşlıq etmişdir. Fevral inqilabından sonra vətənə qayıtmış, Birinci Ermənistan Respublikasında quruculuq işləri ilə məşğul olmuşdur. 1918-ci il Bakının Qafqaz İslam Ordusu tərəfindən tutulması barədə 2 dildə 2 kitabça həsr etmişdir. Onun 1920-ci ildə çap etdirdiyi kitabçasında Bakı şəhərinin azad edilməsi zamanı şəhərdəki ermənilərə amansızcasına divan tutulması haqqında məlumatlar yer almış, azərbaycanlı və müsəlman əhali Zaqafqaziyanın daxili düşməni olduğunu iddia edilmişdir.
1918–1920-ci illərdə Ermənistan hökumətinin Statistika İdarəsinində inspektor olaraq çalışmışdır. 1920-ci ildə Ermənistanın bolşeviklər tərəfindən tutulmasından sonra həbs edilmişdir. 1921-ci ildə İrana keçərək mühacirət etmiş, Avropa yolunda ingilislərin əlində olan Sudanın Suakin limanında ölmüşdür.
Əsərləri
Türk-erməni məsələsi və beynəlxalq diplomatiya (), Tiflis, 1907; Milli tərəqqi və sinfi maraqlar (), Tiflis, 1908; Ada Neqri, H. Hakobyan və Ş. Kurginyanın şeirlərində əmək və fəhlə anlayışı (), Nor Naxçıvan, 1909; R. Patkanyan və S. Şahəzizin şeirlərində sosial ideyalar (), Tiflis, 1910; Rusiyada əcnəbiliyin təbiəti və tarixi (), Berlin, 1912; Rusiya iqtisadiyyatında xarici elementlər (), Berlin, 1913; Qafqaz xalqlarının milli tərkibi, peşə qruplaşması və sosial quruluşu (), Berlin, 1914; Erməni-gürcü antaqonizminin iqtisadi və sosial əsasları (), Tiflis, 1914; Fəlakət və əzab dünyasından (), Tiflis, 1915; Alman professoru alman şovinizmi haqqında (), Petroqrad, 1915; Qafqaz xalqları (), Petroqrad, 1916; Almaniyada militarizmin və imperializmin inkişafı (), Petroqrad, 1917; Zaqafqaziyada əks-inqilab: Bakının qanlı əldəyişdirməsi münasibəti ilə (), Tiflis, 1918; Zaqafqaziyada əks-inqilab. Birinci hissə. Müsəlman hərəkatındakı meyillər (), Bakı, 1919; Bakı şəhərindəki böyük dəhşətlər (), Tiflis, 1920; Bakının böyük dəhşətləri. 1918-ci ilin sentyabr hadisələri nümunəsi. (), Tiflis, 1920; Bolşevik həbsxanasında iki ay (), Qahirə, 1924.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Erməni siyasətçilər Kateqoriya:Ermənistan publisistləri Kateqoriya:Ermənistan jurnalistləri Kateqoriya:Erməni jurnalistlər