Göyşaban (əvvəlki adı: Oxlovka) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun Olxovka kəndi Göyşaban kəndi adlandırılmışdır.

Toponimiyası Keçmiş adı Gomuşavan olmuşdur. Yerli əhali arasında kəndin adı indi de belə adlandırılır. XIX əsrə aid mənbələrdə Gomuşavan haqqında məlumat verilir. Keçmişdə kəndin ərazisi geniş sucaqlıq və qamışlıq olduğundan burada çoxlu camış saxlanılırdı. Odur ki, kəndin adı da "camış saxlanılan yer" mənasında olan bu adla adlandırılmışdı. XIX əsrin ikinci yarısında Suxumidən gəlmiş Novo Afon monastırının keşişləri yaşayış məntəqəsinə Olxovka adı verdilər. Olxov bu ərazidə bitən qızılı rəngli cil bitkisinin bir növünün adıdır. İcarədar keşişlər quru balığı istehsal etmək üçün həmin bitkini yığıb yandırırdılar. 1992-ci ildə Olxovka adı ləğv edilərək Göyşaban kimi rəsmiləşdirildi. 1933-cü ildə oykonim Gomşavan variantında qeydə alınmışdır.

Coğrafi mövqeyi Göyşaban kəndi Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir.

Əhalisi Əhalisi 3348 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Turizm 2016-cı ildə kənddə "Mandarin Hotel" fəaliyyətə başlamışdır.Azərbaycanda 10 manata otel açıldı – İLK DƏFƏ . xeberle.com, 03.06.2016

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri