(, ) — XX əsrin əvvəllərindən hazırlanmış hərbi doktrina. Doktrina hərbi maskalanma üçün kamuflyajdan tutmuş inkar və kələyə qədər geniş spektrli tədbirləri əhatə edir.
Aldadıcı tədbirlərə gizlətmə, duzaqlar və saxta hədəflərlə mimikriya, aldatmağa yönəlmiş manevrlər, inkar və dezinformasiya daxildir. 1944-cü il "Soviet Military Encyclopedia" kitabında bu, "döyüş əməliyyatlarını və qüvvələrin gündəlik fəaliyyətini təmin edən vasitələr; qüvvələrin mövcudluğu və yerləşməsi ilə bağlı düşməni çaşdırmağa yönəlmiş tədbirlər kompleksi" kimi ifadə edilir. Doktrinanın sonrakı versiyalarına taktiki, strateji, milli və beynəlxalq məqsədlərə nail olmaq və ya bunları asanlaşdırmaq üçün bütün dünyada mediaya və rəyə təsir etmək üçün "faktlar"ın, vəziyyətin və qavrayışların manipulyasiyası daxil olmaqla strateji, siyasi və diplomatik vasitələr də daxildir.
Kələk Stalinqrad döyüşü, Kursk döyüşü və Baqration əməliyyatı (Belarusda) daxil olmaqla Sovet İttifaqının böyük qələbələrinə töhfə vermişdir. Bu hallarda həm hücumda, həm də müdafiədə çox böyük güc konsentrasiyasına baxmayaraq sürpriz hissi əldə edilmişdir. Doktrina Kuba raket böhranı, Praqa baharı və Krımın ilhaqı kimi hadisələrdə inkar və kələk əməliyyatları ilə sülh dövründə də tətbiq edilmişdir.
İnkişafı Maskirovka doktrinası tədricən inkişaf etmişdir və bir sıra mənaları əhatə edir. Rus dilində olan "maskirovka" () termini hərfi mənada "maskalamaq" deməkdir. Bunun ilkin hərbi mənası kamuflyaj idi, lakin tezliklə tüstü və digər pərdələnmə üsullarından istifadə olunması ilə döyüş meydanında maskalanmaya qədər genişlənmişdir. Termin inkişaf edərək hərbi kələyə aid edilməyə başlamış, ardınca inkar və kələyi ifadə edərək daha geniş məna kəsb etmişdir.
Tarixi öncüllər thumb| 1380-ci ildə Kulikovo döyüşündə Dmitri Donskoyun Moskva ordusu sürpriz elementindən istifadə edərək daha böyük monqol ordusunu məğlub etmişdir. Hərbi kələk təcrübəsi Rusiyadan əvvəl də mövcud olmuşdur. E.ə. V əsrdə yazılmış və qədim Çin hərbi strateqi Sun Dzıya aid edilən "Müharibə sənəti" aldatma strategiyasını təsvir etmişdir: "Mən düşməni gücümüzü zəiflik, zəifliyimizi isə güc kimi qəbul etməyə məcbur edəcəyəm və beləliklə, onun gücünü zəifliyə çevirəcəyəm". Rusiya tarixinin əvvəlində, 1380-ci ildə Kulikovo döyüşündə knyaz Dmitri Donskoy meşədə gizlənmiş bir alayın qəfil hücumundan istifadə edərək monqol Qızıl Orda ordularını məğlub etmişdir. Həmin döyüşün taktikası hələ də Rusiya kadet məktəblərində qeyd olunur.
İkinci Dünya müharibəsindən əvvəl Rusiya ordusunda 1904-cü ildə fəaliyyət göstərən, 1929-cu ildə ləğv edilmiş hərbi kələk üzrə ixtisaslaşmış məktəb var idi. Hərbi kələk 1920-ci illərdə hərbi doktrina kimi işlənib hazırlanmışdı. 1924-cü il sovet ali komandanlıq direktivində qeyd edilmişdir ki, əməliyyat kələyi "fəaliyyət, təbiilik, müxtəliflik və davamlılıq prinsiplərinə əsaslanmalıdır" və bura "gizlilik, imitasiya, nümayişkaranə hərəkətlər və dezinformasiya daxildir".
İstinadlar
Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:Hərbi kəşfiyyat Kateqoriya:SSRİ-nin hərb tarixi Kateqoriya:Hərbi aldatma Kateqoriya:Aldatma əməliyyatları Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)