Parakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Parakənd oyk. Dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Leşkər kəndindən ayrılmış ailələr salmışlar. Yerli əhalinin məlumatına görə kənd Leşkər kəndinin parası (hissəsi) kimi yarandığına görə belə adlandırılmışdır. Tovuz r-nunun Çeşməli i.ə.v.-də kənd. Dağ ətəyindədir. Kəndin ərazisində eyniadlı dağ da vardır. Tədqiqatçılara görə, oykonim para (qərb dialektlərində dənli və bostan bitkiləri üçün ayrılmış sahəyə deyilir), yaxud parağ/ parax (heyvan saxlamaq üçün çəpərlənmiş yer) və kənd sözlərindən yaranmışdır. Özbəkistanda Paraq adlı şəhər qeydə alınmışdır. Güman etmək olar ki, bu oykonimlərin tərkibindəki para komponenti həmin məntəqələrin dağətəyi ərazidə yerləşməsi ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1504 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri