Mirzəzadə Mehmed Səlim Əfəndi () — Osmanlı alimi, din xadimi, xəttatı və şairi.Agâh Sırrı Levend, Türk Edebiyatı Tarihi, Ankara 1973, s. 331-332.Sicill-i Osmânî, III, 3.

Həyatı 1688-ci ilin aprelində İstanbulda dünyaya gəldi. Atası Lalə dövrünün şeyxülislamlarından Mirzə Mustafa Əfəndidir. İlk təhsilini Yenibağçalı Çələbi Əfəndidən aldı. Ardından atasından və digər məşhur alimlərdən dərslər aldı. 1704-cü ildə Siyavuş Paşa mədrəsəsinə müdərris təyin olundu və 1713-cü ilədək İstanbulun müxtəlif mədrəsələrində xidmət etdi. Həmin ilin dekabrında Saloniki qazısı oldu. Ancaq vəzifəsindən sui-istifadə etməsiylə bağlı yazılan şikayətlərin ardından 1714-cü ilin mayında vəzifədən alındı və Serezə sürgün olundu. Burada 2 ay qaldıqdan sonra İstanbula gəldi və atasının şeyxülislam olmasıyla 1714-cü ilin dekabrında Qalata qazılığına yüksəldi. Ancaq haqqında yazılan yeni şikayətlərin ardından sədrəzəm Şəhid Əli Paşanın əmriylə 1715-ci ilin iyununda vəzifədən alındı. Eyni günlərdə atasının da vəzifədən alınmasıyla hər ikisi Trabzona sürgün olundu. 1716-cı ilin sonlarında İstanbula qayıtmasına icazə verildi. 1722-ci ildə yazdığı bir əsəri Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşaya təqdim etməsi və bəyənilməsinin ardından həmin ilin avqustunda İstanbul qazılığına yüksəldi. 1730-cu ilin noyabrında Anadolu, 1735-ci ildə isə Rumeli qazəsgərliyinə təyin edildi. Bir il sonra vəzifədən alındı və qalan illərini yaşadığı köşkdə sakit şəkildə keçirdi. 1743-cü ildə İstanbulda vəfat etdi.

İlk evliliyi Rami Mehmed Paşanın qızıyla, ikinci evliliyi isə şeyxülislam Feyzullah Əfəndinin qızıyla baş tutmuşdur. Ancaq övladı olub-olmadığı barədə məlumat yoxdur.

Əsərləri

Tezkire-i SâlimNihad Sâmi Banarlı, Resimli Türk Edebiyâtı Târihi, İstanbul 1976, II, 788-789.Sâlim, Tezkiretü’ş-şu‘arâ (haz. Adnan İnce), Ankara 2005. DivanHüseyin Güfta, Sâlim (Mirzâzâde): Hayatı, Edebî Kişiliği, Eserleri ve Divanının Karşılaştırmalı Metni (doktora tezi, 1995), Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü. Neylü’r-reşâd fî emri’l-cihâd İkdü’l-cümân fî târîhi ehli’z-zamân Tercümesi Selâmetü’l-insân fî muḥâfaẓati’l-lisân Mâhiyyetü’l-âşık Lugat-i Vassâf Türkçe-Arapça-Farsça LugatYusuf Altınışık, Mirzazâde Mehmed Sâlim Efendi Divânı’ndan Seçmeler ve Tahlil Denemesi (yüksek lisans tezi, 1995), Harran Üniversitesi Sosyal Bilimler Enstitüsü, s. 9-11. Akāid-i İmâm Tahâvî Tercümesi

Mənbə

Safâyî, Tezkire, Süleymaniye Ktp., Esad Efendi, nr. 2549, vr. 131a. İsmâil Belîğ, Nuhbetü’l-âsâr, İÜ Ktp., TY, nr. 1182, vr. 32b. Râmiz, Tezkire, Süleymaniye Ktp., Esad Efendi, nr. 3873, vr. 52a-b. Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 166; II, 136. Müstakimzâde, Tuhfe, s. 454. a.mlf., Mecelletü’n-niṣâb, Süleymaniye Ktp., Hâlet Efendi, nr. 628, vr. 247a. Sahaflar Şeyhizâde Esad Efendi, Bağçe-i Safâ-endûz, İÜ Ktp., TY, nr. 2095, s. 151. Fatîn, Tezkire, s. 177-178. Mehmed Tevfik, Mecmûatü’t-terâcim, İÜ Ktp., TY, nr. 192, vr. 94b. Devhatü’l-meşâyih, s. 84. Mehmed Şem‘î, İlâveli Esmârü’t-tevârih, İstanbul 1295, s. 199. Muallim Nâci, Esâmî, İstanbul 1333, s. 160. Osmanlı Müellifleri, II, 355-356. Bursalı Mehmed Tâhir, Menâkıb-ı Harb, İstanbul 1333, s. 21. Gibb, HOP, III, 202. Ahmed Refik [Altınay], Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1930, s. 47-50. İbnülemin, Son Asır Türk Şairleri, s. 6. Mehmet Nâil Tuman, Tuhfe-i Nâilî (haz. Cemâl Kurnaz – Mustafa Tatcı), Ankara 2001, s. 405. Karatay, Türkçe Yazmalar, II, 192. Kocatürk, Türk Edebiyatı Tarihi, s. 571-572. Babinger (Üçok), s. 285-286, 298-299. “Sâlim”, Büyük Türk Klâsikleri, İstanbul 1987, VI, 341-342. Kāmûsü’l-a‘lâm, IV, 2494. Ömer Faruk Akün, “Sâlim”, İA, X, 130-133. “Sâlim Mehmed Emin Efendi”, TDEA, VII, 443. Mehmet İpşirli, “Mirza Mustafa Efendi”, DİA, XXX, 167-168.

İstinadlar