Altman modeli () — şirkətin müflis olmaq riskini qiymətləndirmək üçün istifadə edilən maliyyə təhlili metodudur. Model, 1968-ci ildə amerikalı maliyyəçi və professor Edvard Altman tərəfindən hazırlanmışdır. Altman, şirkətlərin maliyyə göstəricilərindən istifadə edərək onların gələcəkdə müflis olub-olmayacağını müəyyənləşdirmək üçün statistik yanaşma tətbiq etmişdir.Johnson, C.G. 1970. Ratio Analysis and the Prediction of Firm Failure. Journal of Finance, 25(5), 1166-1168. For additional criticism, see, for example, Moyer, R.C. 1977. Forecasting Financial Failure. Financial Management, 6(1), 11-17.

Altman modeli, xüsusilə də sərmayə qoyuluşu zamanı şirkətlərin risklərini qiymətləndirmək üçün geniş istifadə olunur və bu gün də aktual maliyyə təhlil metodlarından biri hesab olunur.

Modelin əsasları Altman modeli, şirkətin maliyyə hesabatlarından əldə edilən göstəriciləri birləşdirən bir düstur üzərində qurulmuşdur. Modelin məqsədi, bir şirkətin maliyyə sağlamlığını qiymətləndirmək və onun yaxın gələcəkdə müflis olma ehtimalını proqnozlaşdırmaqdır.realequityresearch.dk/Documents/Z-Score_Altman_1968.pdf

Altman Z-Score düsturu (original versiya)

600px

Z-Score nəticələrinin təfsiri Altman Z-score qiymətləri, şirkətin müflislik riskini təxmin etməyə imkan verir:

Z > 2.99 — şirkət maliyyə baxımından sabitdir. Müflislik riski azdır. 1.81 < Z < 2.99 — şirkət qeyri-müəyyən bir bölgədədir ("boz zona"). Müflislik riski mövcuddur, lakin hələ aydın deyil. Z < 1.81 — şirkət yüksək müflislik riski altındadır.

Modelin tətbiqi Altman modeli ən çox aşağıdakı hallarda istifadə edilir:See, for example, Shumway, T. 2001. Forecasting Bankruptcy More Accurately: A Simple Hazard Model. Journal of Business, 74(1), 101–124.; Campbell, J.Y., J. Hillscher, and J. Szilagyi. 2008. In Search of Distress Risk. Journal of Finance, 63(6), 2899-2939; Li, L. and R. Faff. 2019. Predicting Corporate Bankruptcy: What Matters? International Review of Economics and Finance, 62, 1–19.

İnvestorlar və kreditorlar — şirkətlərin maliyyə sağlamlığını və borc ödəmə qabiliyyətini qiymətləndirmək üçün. Mühasibatlıq və daxili maliyyə təhlili — şirkət rəhbərliyi risklərin idarə edilməsində istifadə edir. Tədqiqat və proqnozlaşdırma — müflislik ehtimalının iqtisadi təsirlərini araşdırmaq üçün.

Üstünlükləri və mənfi tərəfləri Üstünlükləri Mənfi cəchəti Sadə və tətbiqi asandır Müxtəlif sektorlar üçün uyğunlaşdırılmalıdır (məsələn, istehsal şirkətləri və ya xidmət şirkətləri üçün fərqli düsturlar mövcuddur) Müflislik ehtimalını proqnozlaşdırmaq üçün effektiv vasitədirThe Use of Credit Scoring Modules and the Importance of a Credit Culture by Dr. Edward I Altman, New York University Stern School of Business, New York University. Maliyyə hesabatlarının dürüstlüyündən asılıdır

İstinadlar

Ədəbiyyat Caouette, John B; Edward I Altman, Paul Narayanan (1998). Managing Credit Risk – the Next Great Financial Challenge, John Wiley & Sons: New York.

Xarici keçidlər Altman Z-score calculator

Kateqoriya:İflas Kateqoriya:Maliyyə əmsalları Kateqoriya:1968-ci ildə tanıdılanlar