Passau Universiteti — Almaniyanın Aşağı Bavariya əyalətinin Passau şəhərində ictimai tədqiqat universiteti. Universitet bakalavr və magistr kursları təklif edir.

Tarixi 1973-cü ildə qurulan universitet Bavariyadakı ən gənc universitetdir və əyalətdəki ən müasir kampusa malikdir. Bavariya Landtaqının (Bavariya Torpaq Parlamenti) fərmanı ilə yaradılmışdır.

Akademik strukturu thumb|right|Reflektor otağı thumb|Humanitar elmlər binası thumb|Hüquq fakültəsinin binası

Fakültələri

Hüquq Biznes İqtisadiyyat və informasiya sistemləri İncəsənət və Humanitar Elmlər İnformatika və riyaziyyat

İnstitutları

Avropa Hüquq Mərkəzi İnstitutu Hüquq Didaktikası İnstitutu Beynəlxalq və Müqayisəli Hüquq İnstitutu Bazar və İqtisadi Araşdırmalar İnstitutu Özəl Maliyyə Planlaşdırma İnstitutu Biznesdə, Peşəkar Təlimdə və Davamlı Təhsildə Tətbiqi Etika İnstitutu Şərqi Bavariya Ərazi Araşdırmaları İnstitutu Mədəniyyətlərarası Ünsiyyət İnstitutu Fənlərarası Media Elmləri İnstitutu İnformasiya Sistemləri və Proqram Mühəndisliyi İnstitutu İT Təhlükəsizlik və Təhlükəsizlik Hüququ İnstitutu Kompüter Elmlərinin Texniki Tətbiqlərində Proqram Sistemləri İnstitutu Passau Rəqəmsal Təhlükəsizlik İnstitutu

Kitabxanası Universitetin kitabxanası 1978-ci ildə universitetlə birlikdə yaradılmış və elə həmin il öz qapılarını Passau tələbələrinin və vətəndaşlarının üzünə açmışdır. Kitabxana universitetin əsas kitabxanasıdır və beş fakültə və institut kitabxanası ilə birlikdə universitetin kitabxana sistemini təşkil edir. Hazırda universitetin kitabxanasında iki milyon kitab və 3050 jurnal var. Gündə 16 saat açıq olur.

Araşdırma mərkəzləri Cinayət Proseslərində İnsan Hüquqları Araşdırma mərkəzi İT Hüququ və İnternet Siyasəti üzrə Araşdırma mərkəzi Mədəniyyətşünaslıqda Əsas Tədqiqatlar Araşdırma mərkəzi Erkən Müasir Alman Ədəbiyyatı Tədqiqat mərkəzi Pedaqoji Araşdırmalar mərkəzi Riyaziyyat və İnformatika Tədris bölməsi

Kampusu Passau Universitetinin kampusu Köhnə şəhərdə yerləşən Katolik İlahiyyatı Departamenti və şəhərin mərkəzindəki bir sıra ofislər istisna olmaqla, bütün fakültələr tək bir küçə boyu bir kampusda yerləşir. Bu, tələbələrin və işçilərin daxili ünsiyyəti üçün əlverişlidir, xüsusən də universitet bir çox fənlərarası kurslar təklif edir. Kampus Inn çayının sol sahili boyunca uzanır və bu, onu təhsil almaq üçün qeyri-adi bir yerə çevirir. Bağlar və çəmənliklər yayda tələbələr arasında çox populyardır.

İstinadlar

Xarici keçidlər University of Passau website University of Passau campus tour

Kateqoriya:Universitetlər Kateqoriya:Almaniya universitetləri