Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 1187 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.

Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

İqtisadiyyatı Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq.

Din Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri