Neftçi Peşəkar Futbol Klubu və ya qısaca "Neftçi" — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. 1937-ci ildə neft sənayesi işçilərinin "Neftyanik" komandası kimi yaradılmış, 1968-ci ildən "Neftçi" adını daşıyır. Klub ev oyunlarını Bakıdakı 11 min tamaşaçı tutumlu Palms Sports Arenada keçirir və Azərbaycan Premyer Liqasında çıxış edir.

"Neftçi" SSRİ dövründə Azərbaycanın aparıcı futbol komandası olmuş, SSRİ çempionatının yüksək liqasında 27 mövsüm oynamış və 1966-cı ildə bürünc medal qazanmışdır. Bu, Azərbaycan klublarının SSRİ çempionatlarındakı ən yüksək nəticəsidir. Klub həmçinin dörd dəfə SSRİ Kubokunun yarımfinalına çıxmış, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalında oynamışdır.

Müstəqillik dövründə "Neftçi" 9 dəfə Azərbaycan çempionu, 6 dəfə Azərbaycan Kubokunun və 2 dəfə Azərbaycan Superkubokunun qalibi olmuşdur. Çempionluq sayına görə "Qarabağ"dan sonra ikinci, kubok sayına görə də ikinci yerdədir. "Qarabağ"la yanaşı, 1992-ci ildən bəri keçirilən bütün Azərbaycan çempionatlarında iştirak edən iki klubdan biridir. 2006-cı ildə MDB ölkələri çempionlarının Birlik Kubokunu qazanaraq beynəlxalq turnir qalibi olan ilk Azərbaycan klubu olmuşdur.

2012-ci ildə "Neftçi" UEFA Avropa Liqasının pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun yekununa görə 4–2 hesabı ilə məğlub edərək avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olmuşdur.

Tarixi

Yaranması (1937–1948) thumb|right|300px|"Neftyanik"in heyəti, 1937-ci il 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman yarışlarının təşkili ilə bağlı yeni qərar qəbul etdi: idman cəmiyyətləri istehsalat sahələri və həmkarlar ittifaqlarının nəzdində yenidən quruldu və SSRİ yarışları şəhər yığmaları arasında deyil, məhz bu cəmiyyətlərin komandaları arasında keçirilməyə başladı. Bu islahatın nəticəsi olaraq əvvəllər "Balaxanı Futbolçular Dərnəyi" və "Tərəqqi" ("Proqres") adları altında çıxış etmiş "Leninneft" neftçıxarma idarəsinin komandası yeni yaradılan "Neftyanik" (rus. Нефтяник — neftçi) komandasının bazasına çevrildi. Komanda 1937-ci il martın 18-də yaradıldı, idman cəmiyyətinin ilk sədri M. Səadətxan oldu. 21 mart 1937-ci il tarixli "Azərbaycan bədən tərbiyəçisi" qəzetində komandanın ilk heyəti belə təqdim edilirdi: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko.

Komandanın adı və rəmzləri onun neft sənayesinə məxsus olduğunu bildirirdi: ilk emblemdə neft buruğunun fonunda kiril əlifbası ilə "Neftyanik" sözünün baş hərfi "H" əks olunmuşdu, formanın əsas rəngi isə "qara qızıl"ın rəngi — qara idi."Neftçi"nin tarixi. neftchimedia.az

"Neftyanik" ilk rəsmi oyununu 1937-ci il mayın 24-də keçirdi. SSRİ Kubokunun 1/64 finalında Bakının "Dinamo" stadionunda 5 min tamaşaçı qarşısında komanda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub etdi; 87-ci dəqiqədə Pavel Ştirlinin vurduğu qol klubun tarixində ilk rəsmi qol oldu. Oyunu tbilisili hakim Nikolay Larionov idarə edirdi, komandanın baş məşqçisi Aleksandr Qnezdov, kapitanı isə heyətdəki yeganə azərbaycanlı Məmməd-Əli İsmayılov idi.Кубок СССР 1937. 1/64 финала. 24 мая 1937. Нефтяник (Баку) — Динамо (Ереван) 1:0 . fc-dynamo.ru Həmin il komanda kubokda 1/16 finaladək irəlilədi və Tbilisi "Dinamo"suna uduzdu, SSRİ çempionatının "Q" qrupunda isə 12 komanda arasında 11-ci oldu.

Böyük Vətən müharibəsi illərində komandanın bir çox futbolçusu cəbhəyə yollandı; müharibədə həlak olanlar arasında müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı. Müharibənin sonlarına doğru komanda fəaliyyətini bərpa etdi və 1946–1948-ci illərdə SSRİ çempionatının ikinci qrupunda çıxış etdi.

SSRİ çempionatında (1949–1991) Yüksək liqada debüt və "B" sinfi illəri (1949–1959) thumb|1949-cu il SSRİ Kubokunun 1/4 final oyununun afişasıКубок СССР 1949. 1–4. 25 октября 1949. Торпедо (Москва) — Нефтяник (Баку) . fc-dynamo.ru 1949-cu il klubun tarixində dönüş nöqtəsi oldu. SSRİ Futbol Federasiyasının apardığı islahat nəticəsində hər müttəfiq respublikadan ən azı bir komandanın yüksək liqaya (o dövrdə "1-ci qrup") buraxılması qərara alındı. Azərbaycan SSR-in iqtisadiyyatında neftin aparıcı yer tutduğunu nəzərə alan respublika rəhbərliyi bu hüququ neftçilərin həmkarlar ittifaqının komandasına verdi. Beləliklə, "Neftyanik" 1938-ci ildə bir mövsüm yüksək liqada oynamış "Temp"dən sonra Azərbaycanın bu səviyyədə ikinci təmsilçisi oldu. Debüt mövsümündə komanda 18 komanda arasında 14-cü yeri tutdu, ən məhsuldar hücumçusu 10 qolla İsay Abramaşvili oldu; həmin il komanda SSRİ Kubokunun 1/4 finalına da çıxdı."Neftçi"nin loqosu. neftchipfk.com

1950-ci ildə "A" sinfində 19 komanda arasında sonuncu yeri tutan komanda yüksək liqanı tərk etdi və 1951–1959-cu illərdə "B" sinfində oynadı. 1950-ci illərdə forma rənglərinə ağ rəng də əlavə edildi: neftlə yanaşı, respublikanın "ağ qızıl" adlandırılan pambıq istehsalı da formada əks olunmalı idi. O vaxtdan ağ-qara rənglər klubun daimi rəmzinə çevrildi.

1960-cı illər və bürünc medal 1960-cı ildə "Neftyanik" yüksək liqaya qayıtdı və 1972-ci ilədək fasiləsiz olaraq orada çıxış etdi. 1960-cı illərin ortalarında komanda cədvəlin ortasında qərarlaşmışdı: 1964-cü ildə 12-ci, 1965-ci ildə 11-ci yer. 1965-ci il mövsümünün ortasında Ələkbər Məmmədovu baş məşqçi postunda Vasili Sokolov əvəz etsə də, nəticələr dəyişmədi.

1966-cı il mövsümünün ikinci dövrəsində komandanı Əhməd Ələsgərov qəbul etdi və "Neftyanik" SSRİ çempionatını 36 oyunda 18 qələbə, 9 heç-heçə və 9 məğlubiyyətlə, 45 xalla 3-cü yerdə başa vuraraq bürünc medal qazandı. Çempion Kiyev "Dinamo"su 56, ikinci yeri tutan Rostov SKA 47 xal toplamışdı. Komandanın ən məhsuldar oyunçuları Kazbek Tuayev (14 qol), Anatoli Banişevski və Eduard Markarov (hər biri 12 qol) idi. "Neftçi" bu günədək SSRİ çempionatının yüksək liqasında medal qazanmış yeganə Azərbaycan klubudur. Həmin il Banişevski və Markarov Dünya çempionatında SSRİ yığmasının heyətinə daxil edilmişdilər.

1967-ci ildə komanda mövsümün sonunda ardıcıl 5 qələbə qazanaraq 5-ci yeri tutdu. 1968-ci ildə Azərbaycan yüksək liqada ilk və sonuncu dəfə iki komanda — "Neftçi" və Gəncə (o vaxtkı Kirovabad) "Dinamo"su (indiki "Kəpəz") ilə təmsil olundu; "Dinamo" liqanı tərk etdi, "Neftçi" isə 9-cu oldu. Məhz 1968-ci il mövsümündən klub rəsmi sənədlərdə "Neftçi" adı ilə qeyd olunmağa başladı. 1967, 1968, 1970 və 1971-ci illərdə komanda SSRİ Kubokunun yarımfinalına çıxdı, lakin heç bir dəfə finala yüksələ bilmədi.

Eniş, birinci liqa və qayıdış (1970–1988) 1970-ci ildə komandanın nəticələri kəskin pisləşdi: Tuayev Orconikidze "Spartak"ına, Markarov İrəvan "Ararat"ına keçmiş, Banişevski isə əvvəlki formasını itirmişdi. Oqtay Atayev "Ot "Proqressa" do "Neftçi"" kitabında bu dövrü rəhbərliyin məsuliyyət hissini itirməsi və futbolçuların arxayınlığı ilə izah edir. Komanda cədvəldə 11-ci yerə geriləsə də, SSRİ Kubokunun yarımfinalında Tbilisi "Dinamo"suna 0:1 hesabı ilə uduzdu. Mövsümün sonunda respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərovu, məşqçi Valentin Xlıstovu və rəis Rauf Adıgözəlovu vəzifədən azad etdi; Ələkbər Məmmədov yenidən baş məşqçi təyin olundu, Tuayev və Banişevski komandaya qayıtdılar.

1972-ci ildə "Neftçi" 16 komanda arasında sonuncu yeri tutaraq birinci liqaya düşdü. Komanda 1973–1976-cı illəri birinci liqada keçirdi və 1976-cı ildə 54 xalla Alma-Ata "Kayrat"ından sonra ikinci yeri tutaraq yüksək liqaya qayıtdı.

1977–1988-ci illərdə "Neftçi" fasiləsiz olaraq yüksək liqada oynasa da, əsasən cədvəlin aşağı hissəsində yer alırdı. 1982-ci ildə komanda 18 komanda arasında 16-cı yeri tutdu və birinci liqaya düşmüş Krasnodar "Kuban"ı ilə eyni sayda — 27 xal toplamışdı; "Neftçi" yalnız əlavə göstəricilərə görə yüksək liqada qaldı. 1984 və 1985-ci illərdə komandanı təhlükəli zonadan cəmi bir xal ayırırdı. 1980-ci illərin ən yaxşı nəticəsi Ağasəlim Mircavadovun rəhbərliyi ilə 1987-ci ildə tutulan 9-cu yer oldu; həmin dövrdə komandanın hücum xəttini İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryov təşkil edirdi. 1988-ci ildə "Neftçi" SSRİ Futbol Federasiyası Kubokunun finalına çıxdı, lakin çempionatda 16 komanda arasında 15-ci yeri tutaraq yenidən birinci liqaya düşdü.

1988-ci ildə SSRİ-də yenidənqurma siyasətinin təsiri ilə "Neftçi" peşəkar futbol klubu statusu aldı və kluba ilk prezident — Aydın İbrahimov seçildi; əvvəllər komanda birbaşa Mərkəzi Komitə tərəfindən idarə olunurdu.Ağ-qara film . topsport.az, 31.03.2015 1989–1991-ci illərdə, SSRİ dağılanadək, komanda birinci liqada çıxış etdi və sonuncu mövsümdə 22 komanda arasında 15-ci yeri tutdu. Ümumilikdə "Neftçi" SSRİ çempionatlarının yüksək liqasında 27 mövsüm oynamışdır.

Müstəqillik dövrü İlk çempionluqlar (1992–1999) Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə keçirilən ilk milli Azərbaycan çempionatında "Neftçi" 36 oyunda 30 qələbə qazanaraq, 104 qol vuraraq və cəmi 4 məğlubiyyətlə qızıl medalları qazandı; komandaya Əhməd Ələsgərov rəhbərlik edirdi, Samir Ələkbərov 36 qolla çempionatın bombardiri oldu. 1993-cü ildə komanda Superkuboku, 1995-ci ildə isə Vaqif Sadıqovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qazandı. Sadıqov həmin il komandaya ikinci Superkuboku da qazandırdı.

1995/96 mövsümündə "Neftçi" həm çempionatı, həm də kuboku qazanaraq tarixində ilk "qızıl dubl"a imza atdı; mövsüm ərzində komandaya Vaqif Sadıqov, Asif Əliyev və Kazbek Tuayev rəhbərlik etmişdilər. Klub avrokuboklarda ilk oyununu da bu dövrdə keçirdi: 1995/96 Kuboklar Kubokunda Kiprin "APOEL" klubuna iki oyunun yekununa görə 0:3 hesabı ilə uduzdu. İlk avrokubok qələbəsi 1996-cı ildə Bakıda Bolqarıstanın "Lokomotiv" klubu üzərində qazanıldı (2:1), lakin cavab oyununda 0:6 hesablı məğlubiyyət komandanı mübarizədən kənarlaşdırdı.

1996/97 mövsümündə Kazbek Tuayevin rəhbərlik etdiyi "Neftçi" 30 oyunda 23 qələbə ilə birinci yeri tutdu; Qurban Qurbanov 34 qolla çempionatın bombardiri oldu. Lakin AFFA yekunda əsas və yeniyetmə komandaların topladığı xalların cəmini əsas götürərək qızıl medalları "Qarabağ"a verdi. UEFA isə "Neftçi"ni çempion kimi tanıdı və klub 1997/98 Çempionlar Liqasının təsnifat mərhələsində iştirak hüququ qazandı; orada Polşanın "Vidzev" klubuna iki oyunun yekununa görə 0:10 hesabı ilə uduzdu ki, bu da klubun avrokuboklardakı ən ağır məğlubiyyətidir. 1999-cu ildə komanda Tuayevin rəhbərliyi ilə üçüncü dəfə ölkə kubokunu qazandı.

2000-ci illər 2003/04 mövsümündə "Neftçi" Kazbek Tuayevin rəhbərliyi ilə ikinci dəfə "qızıl dubl" etdi: komanda 26 oyunda yalnız bir məğlubiyyətlə çempionatı, eyni zamanda ölkə kubokunu qazandı. 2004/05 mövsümünün sonunda Ağasəlim Mircavadovun rəhbərlik etdiyi "Neftçi" "Xəzər-Lənkəran"la eyni sayda xal topladığından çempion Gəncə şəhər stadionunda keçirilən "qızıl oyun"da müəyyən edildi. "Neftçi" rəqibini 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci, ümumilikdə beşinci dəfə çempion oldu; bundan sonra klubun emblemində beş çempionluğu simvolizə edən ulduz yer aldı.

Bu dövrdə klub avrokuboklarda da ilk mərhələ keçidlərinə nail oldu. 2004/05 mövsümündə Bosniya və Herseqovinanın "Şiroki Brieq" klubunu səfərdə vurulan qol sayəsində keçən "Neftçi" ikinci təsnifat mərhələsində Moskva CSKA-ya uduzdu. 2005/06 mövsümündə isə klub İslandiyanın "Hafnarfyordur" komandasını iki oyunun yekununa görə 4:1 hesabı ilə məğlub edərək avrokuboklarda ilk səfər qələbəsini (2:1) qazandı, lakin növbəti mərhələdə Belçikanın "Anderlext" klubuna 1:5 hesabı ilə uduzdu. 2008-ci ildə İntertoto Kubokunda komanda iki mərhələ keçərək üçüncü mərhələdə Rumıniyanın "Vasluy" klubuna uduzdu.

"Neftçi" MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kubokunda da tarixi nəticələr göstərdi: 2005-ci ildə finala çıxan ilk Azərbaycan klubu oldu (finalda Moskva "Lokomotiv"inə 1:2 hesabı ilə uduzdu), 2006-cı ildə isə finalda Litvanın "Kaunas" klubunu 4:2 hesabı ilə məğlub edərək bu kuboku qazanan ilk Azərbaycan komandası oldu."Neftçi" "Birlik Kuboku"nu qazandı. azadliqradiosu.az