Nəcafalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Nəcəfalılar kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Toponimikası Yerli məlumata görə, yaşayış məntəqəsini Dağıstandan gəlmiş Nəcəf və All adlı iki şəxs saldığı üçün adi Nəcəf Alı kəndi olmuşdur. Oykonim sonralar Nəcəfalilar şəklinə düşmuşdür. Cəbrayıl rayonunda da eyniadli kənd mövcud olmuşdur. Hazırda həmin kənd rəsmən yaxınligindaki Tulus kəndinin bir hissəsi hesab olunur. Lakin bu yaşayış məntəqəsinin adını Nəcafalı şəxs adi ilə bağlayırlar. Oykonimi etnotoponim hesab etmək məqsədəuyğundur.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri