Barak Obama Prezident Mərkəzi — ABŞ-ın keçmiş prezidenti Barak Obamanın prezident kitabxanası, muzeyi və təhsil mərkəzi yerləşən bina kompleksi. Burada həmçinin Obama Fondu yerləşəcək. 19,3 akr ərazisi olan kampusun tikintisi 2021-ci ildə başladı, qüllə 2024-cü ilin ortalarında tamamlandı və mərkəzin 2026-cı ilin birinci yarısında açılması gözlənilir.
Tarixi Çikaqo Universiteti, İllinoys Universiteti, Havay Universiteti və Kolumbiya Universitetləri təşkilata ev sahibliyi etmək üçün təkliflər təqdim etmişdilər.
2015-ci ilin may ayında Barak Obama Fondu və Çikaqo meri Rahm Emanuel elan etdi ki, fond və Barak Obama Prezident Mərkəzi Çikaqonun cənub tərəfində yerləşəcək və Çikaqo Universiteti ilə birgə tikiləcək.
Həmçinin bax
ABŞ Prezident Kitabxanaları
İstinadlar
Xarici keçidlər Barack Obama Presidential Library Builder website for the Obama Center
Kateqoriya:ABŞ kitabxanaları Kateqoriya:Prezident kitabxanaları Kateqoriya:2026-cı ildə yaradılmış muzeylər