– 1882–1940-cı illərdə (fasilələrlə) Yaponiyada nəşr olunmuş aylıq fotoqrafiya jurnalı. 1890-cı illərdə Şərqi Asiyanın ilk, Yaponiyanın isə yeganə fotoqrafiya jurnalı idi.
Tarixi "Shashin Shimpo" 1882-ci ildə Fukasava Yokitsu tərəfindən təsis olunmuşdur. Jurnalın təsisçi nəşriyyatı Tokioda yerləşən "Choyosha" nəşriyyatı idi. "Shashin Shimpo" 1874-cü ildə Yaponiyanın ilk fotoqrafiya jurnalı kimi yaradılmış, cəmi 3 sayı nəşr olunmuş jurnalının, eləcə də, həmin jurnalın xələfi olan, 1880–1881-ci ildə 7 sayı nəşr olunmuş jurnalının davamçısı kimi yaradılmışdır. Fukasava Yokitsu hər iki jurnalın redaktəsində iştirak etmişdi.
Jurnalın ilk sayı 1882-ci ilin sentyabrında nəşr olunmuşdur. ABŞ-də yaşayan fotoqraf Oqava Kazumasa ABŞ fotoqrafiyası haqqında hesabatlarını bu jurnala göndərirdi. 18 sayı nəşr olunduqdan sonra jurnal 1884-cü ilin sentyabrında fəaliyyətini dayandırmışdır. Oqava Yaponiyaya qayıtdıqdan sonra 1889-cu ildə jurnalı yenidən təsis etmiş və redaktoru olmuşdur. Bu dəfə "Hakubundo Shoten" nəşriyyatı tərəfindən nəşr olunan jurnalın ilk sayı 1889-cu ilin fevralında işıq üzü görmüşdür. Fotoqrafiya avadanlıqlarının tədarükü ilə məşğul olan "Asanuma Shōkai" şirkəti jurnalın distrubüteri idi. Oqava 1894-cü ilə qədər jurnalı redakə etməyə davam etmişdir. Jurnal 1896-cı ilin sentyabrında fəaliyyətini dayandırsa da, 2 ay sonra – dekabrda Fukasava Yokitsu və "Shashin Shimposha" nəşriyyatı tərəfindən fəaliyyəti bərpa olunmuşdur. 1916-cı ilin iyulunda Tokio Təsviri İncəsənət Məktəbinin professoru Mori Yoşitaro jurnalın baş redaktoru olmuşdur. Jurnal 1940-cı ilin dekabrına qədər nəşr olunmuşdur. Yaponiya ordusunun jurnal və qəzetləri konsolidasiya etmə siyasəti nəticəsində bağlanmışdır.
Xüsusiyyətlər "Shashin Shimpo" Yaponiyada həvəskar fotoqraflar üçün əsas informasiya mənbəyi idi. Jurnalda universitet professorlarının yazıları və xarici nəşrlərin tərcümələri çap olunurdu. 1889-cu ilin aprelində Asay Çunun essesi, 1893-cü ilin mayında Şimooka Renconun avtobioqrafiyası jurnalda serializasiya olunmağa başlamışdır. Oxucuları arasında Yaponiya Fotoqrafiya Cəmiyyətinin üzvləri var idi. Üzvlərin çəkdikləri fotolar "Shashin Shimpo" jurnalında nəşr olunurdu.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər "A photographic publication for Japan" ("British Journal of Photography", 1889).
Kateqoriya:Yaponiya fotoqrafiya jurnalları Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları Kateqoriya:Yaponiya aylıq jurnalları Kateqoriya:Yapon dilində jurnallar Kateqoriya:Nəşri dayanan fotoqrafiya jurnalları