Füreyya Koral (; ) — Türkiyənin ilk qadın keramika sənətçisi.

Həyatı left|thumb|Doğulduğu Şakir Paşa ailəsi, Böyükada 1910. (soldan sağa aşağıdakılar: Fahrünnisə, Suat, Aliyə; yuxarıdakılar: Hakkiye, yoldaşı Emin Koral, Ayşə, Şakir Paşa, İsmət xanım, Cavad Şakir)2 iyun 1910-cu ildə Böyükadada dünyaya gəldi. Atası son dövr Osmanlı hərbçisi və Türkiyə Cümhuriyyətinin ilk komandanlarından Mehmed Emin Koral,SÖNMEZ, Necmi, Füreya, Katalog, İstanbul 1997 anası isə məşhur Osmanlı diplomatı Şakir Paşanın böyük qızı Hakkiye xanımdır. Şakir Paşanın Böyükadadakı köşkündə doğulub böyüyən Füreyya xanım yaş fərqinin az olduğu xalaları Fahrünnisə və Aliyə kimi İstanbuldakı Notr-Dam-de-Sion Fransız liseyində təhsil aldı. Bu illər ərzində macar əsilli məşhur skripkaçı Karl Berqerdən musiqi dərsləri aldı. 1927-ci ildə məzun oldu və ertəsi il İstanbul Universiteti Ədəbiyyat fakültəsində fəlsəfə təhsili almağa başladı.GİRAY, Kıymet, Füreya: Sanatı Hayatın İçinde Kalıcı Kılmak, (2018), Artam Dergisi, S.46, s.50–54, 2017

Ancaq maddi sıxıntılar səbəbilə təhsili yarım qaldı və 1929-cu ildə Səbahəddin Qaracabəy adlı bir torpaq mülkədarı ilə evlənərək Bursaya köçdü. Ancaq evlilikdə xoşbəxt deyildi və erkən dünyaya gətirdiyi övladının ölü doğulmasının ardından 2 illik evlilik boşanma ilə nəticələndi.ORAL, Zeynep, Konuşa Konuşa, Gür Yayınları, İstanbul 1983

Boşandıqdan sonra yenidən İstanbula ailəsinin yanına gələn Füreyya xanım ailəcə getdikləri bir istirahət gəzintisi əsnasında atasının silahdaşı Mustafa Kamal Paşa və xanımı Lətifə xanımla tanış oldu. Bu səyahət əsnasında tanış olduqları sırasında gələcəkdə ailə həyatı qurduğu Əli Qılınc da vardı.KULİN, Ayşe, Füreya, Everest Yayınları, İstanbul 2012 thumb|Füreyya xanım emalatxanada, 1965-ci il Beləcə, 1935-ci ildə Əli Qılınc ilə evlənərək Ankaraya köçdü və Atatürkün ölümünədək burada yaşadı. Atatürkün vəfatının ardından həyat yoldaşıyla birlikdə İstanbula gələn Füreyya xanım tərcümələr hazırladı. 1945-ci ildə vərəm diaqnozu qoyuldu və yerli müalicələrin bir çarəsini görmədiyi üçün 1947-ci ildə İsveçrəyə yollandı. Burada bir sanatoriyada yatılı müalicə alan Füreyya xanım o əsnada Londonda yaşayan xalası Aliyə Berqerin də tövsiyəsilə keramika sənətiylə məşğul olmağa başladı.Fürtun, C. (1985). Türk Seramik Sanatının Öncüsü: Füreya Koral. Cumhuriyet Gazetesi, 29.12.1985 tarihli kültür sanat eki, 4

Səhhəti düzəldikdən sonra keramika sənətiylə bağlı daha dərin bilgilər almaq məqsədilə Parisə getdi. 1949-cu ildə Lozannada bir emalatxanada ilk əl işlərini ərsəyə gətirdi və 1951-ci ildə Parisdə ilk şəxsi sərgisini açdı. Dərhal İstanbula qayıtdı və ikinci sərgisini burada açdı.

Ancaq onun incəsənətə meyil etməsi ikinci evliliyinin də bitməsinə səbəb oldu. Üstəlik o əsnada səhhəti yenidən pisləşdi. Bu dəfə əmliyyat olundu və ağciyərinin bir hissəsi alındı. Aralarında yaranan anlaşmazlıq səbəbilə 1954-cü ildə Qılınc Əlidən boşandı. Həmin ilk Türkiyədə ilk keramika emalatxanası açan Füreyya xanım 1956-cı ildə Amerikaya səyahət etdi və burada astek-maya mədəniyyətini araşdırdı.Türe, F. (1997). Bir Usta, Bir Dünya: Füreya Koral. İstanbul: Yapı Kredi Yayınları left|thumb|Böyükada məzarlığındakı məzardaşı Həyatı boyunca bir çox sərgidə iştirak edən Füreyya xanım bir çox beynəlxalq sərgi və yarışlarda dərəcələr qazandı. 25 avqust 1997-ci ildə İstanbulda vəfat etdi və Böyükada məzarlığında dəfn olunan ailə fərdlərinin yanında torpağa verildi.Büyükünal, F. (1991). Füreya Koral. Sanat Çevresi Dergisi, Sayı: 158 Heç bir evliliyindən övladı olmamışdır.

Mənbə

Ədəbiyyat Şakir Paşa Ailesinin Sanatçı Üyelerinin Türk Sanatına Katkıları, Şirin Zerey Koç. Yüksek Lisans Tezi. TC Çankırı Karatekin Üniversitesi. Çankırı 2019 Sadrıazam Ahmed Cevad Paşa, Mehmet Ercan. Doktora Tezi. TC Marmar Üniversitesi. İstanbul 1998

İstinadlar

Kateqoriya:Türkiyənin qadın rəssamları