Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) — nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət edir.
Haqqında “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılmışdır.
AZCON əsas məqsədi dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün dövlət müəssisələrinin səmərəli idarə olunmasını təmin etməklə uzunmüddətli dəyər yaratmaq, idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan dayanıqlı inkişaf modeli formalaşdırmaqdır. Korporativ idarəetməyə sistemli və vahid yanaşmamız dövlət müəssisələrinin daha effektiv və milli inkişaf prioritetlərinə uyğun fəaliyyət göstərməsinə şərait yaradır.
AZCON-un əsas hədəfləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasıdır.
Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır. Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi isə icraçı direktor həyata keçirir.
Holdinqin Müşahidə Şurası Müşahidə Şurasının sədri - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri - Rəşad Nəbiyev
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.
İdarəetməsinə verilmiş dövlət müəssisələri və Holdinqin törəmə cəmiyyəti "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən və aşağıda göstərilən dövlət müəssisələri və Holdinqin törəmə cəmiyyəti nəqliyyat, kommunikasiya və istehsalat istiqamətlərini əhatə edir.
Nəqliyyat Azərbaycanda nəqliyyat sektoru ölkənin iqtisadi və sosial inkişafında mühüm rol oynayan sahələrdən biridir. Ölkənin əlverişli coğrafi mövqeyi – Avropa ilə Asiyanı birləşdirən ticarət yolları üzərində yerləşməsi nəqliyyat infrastrukturunun strateji əhəmiyyətini daha da artırır. Avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrini təşkil edir və bu sahələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti
Kommunikasiya Azərbaycanda kommunikasiya sektoru son illərdə sürətli inkişaf mərhələsi keçib və ölkənin iqtisadi, sosial və texnoloji inkişafında mühüm rol oynamaqdadır. Ənənəvi telefon əlaqəsi ilə başlayan kommunikasiya xidmətləri hazırda rəqəmsallaşma prosesləri ilə yeni mərhələyə qədəm qoyub. Beləliklə, əvvəllər yalnız əsas telefon əlaqəsi ilə məhdudlaşan xidmətlər zamanla rəqəmsallaşıb, mobil operatorlar və internet provayderlərinin sayı artıb. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azerbaijan International Telecom" (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Teleradio” MMC) "Milli Süni İntellekt Mərkəzi (NAIC)" Məhdud Məsuliyyətli Cəmiyyəti
İstehsalat Azərbaycanda gəmiqayırma sektoru strateji əhəmiyyətə malik olub qeyri-neft sənayesinin inkişafı üçün prioritet sahələrdən biridir. Xəzər dənizinin neft və digər yüklərin daşınması üçün əsas nəqliyyat yolu olması ölkəmizdə gəmiqayırmanın inkişafına böyük təkan verib.
“Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti
Həmçinin bax Azərbaycan holdinqlərinin siyahısı
İstinadlar