Iran and the Caucasus () — Brill Publishers tərəfindən Qafqaz İran Araşdırmaları Mərkəzi (İrəvan) ilə əməkdaşlıq edilərək iki ildən bir nəşr olunan multidisiplinar resenziyalı akademik jurnal. Jurnal regionun tarixini (qədim, orta əsrlər və müasir), mədəniyyətini, antropologiyasını, ədəbiyyatını (mətnşünaslıq), folklorunu, dilçiliyini, arxeologiyasını, siyasətini və iqtisadiyyatını əhatə edir. Məqalələr ingilis, fransız və alman dillərində dərc olunur. 1997-ci ildə mərkəzin rəhbəri Qarnik Asatriyan tərəfindən yaradılmışdır. Baş redaktor Qarnik Asatriyandır.
Jurnal abstraklaşdırılmışdır və İncəsənət və Humanitar İstinadlar İndeksində və Sosial Elmlərin Beynəlxalq Biblioqrafiyasında indeksləşdirilmişdir. İstinadlar
Kateqoriya:Qafqazşünaslıq