Toni Avril Qardiner () və ya sonradan Muna əl-Hüseyn (; ) — İordaniya kralı I Hüseynin ikinci xanımı, İordaniya şahzadəsi. Əcnəbi olması səbəbilə kraliça ünvanı ala bilməmişdir.

1941-ci ildə İngiltərədə dünyaya gəldi. Polkovnik-leytenant Volter Persi Qardinerin qızıdır. Atasının vəzifəsi səbəbilə müstəmləkə bölgələrində yaşadı. İlk təhsilini də Kuala-Lumpurda aldı.

25 may 1961-ci ildə İordaniya kralı I Hüseynlə evləndi. Ancaq əcnəbi olması səbəbilə parlament kraliça ünvanı almasına qarşı çıxdı və bu səbəblə, İordaniya şahzadəsi olaraq anıldı."Jordan: King Takes a Wife" . Time. 2 June 1961. ISSN 0040–781X"Hussein Divorced and Remarried". The New York Times. 25 December 1972. ISSN 0362–4331 Cütlüyün 4 övladı dünyaya gəlsə də, 21 dekabr 1972-ci ildə boşandılar.

II Abdullah Feysəl ibn Hüseyn Ayşə bint Hüseyn Zeyn bint Hüseyn

Boşandıqdan sonra da İordaniyada yaşamağa davam edir."Hussein's Ex-Wife Is Given Her 4 Children and Palace" . The New York Times. 26 December 1972 Keçmiş ərinin 1999-cu ildə ölümündən sonra oğlu II Abdullah taxta çıxmışdır.

Mənbə

Ədəbiyyat Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2

İstinadlar