İman bint Abdullah (; ) — IV İordaniya kralı II Abdullahın qızlarından biri.
1996-cı ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı II Abdullah, anası isə kraliça Raniyadır. Hələ 3 yaşında ikən 1999-cu ildə babası I Hüseyn vəfat etdi və atası II Abdullah taxta çıxdı.
İlk təhsilini Amman Beynəlxalq Akademiyasında alan İman bint Abdullah daha sonra ABŞ-a göndərildi. Burada Corctaun Universitetində beynəlxalq münasibətlər üzrə təhsil aldı.
Ailəsi 6 iyul 2022-ci ildə Venesuela əsilli biznesmen Cəmil Aleksandr Termiotislə (1994-) nişanlandığı elan olundu. Cütlüyün nigah mərasimi isə 12 mart 2023-cü ildə Beytül-Ürdün sarayında baş tutdu.
İstinadlar