Butorides virescens – Şimali və Mərkəzi Amerikada geniş yayılan kiçikölçülü vağ növü.
Etimologiyası Adı "Butorides" qədim yunan dilində "oxşayan" mənasını verən "oides" və ingilis dilindəki "butor" (bittern) sözlərindən, "virescens" isə latınca "yaşımtıl" mənasını ifadə edir.
Xüsusiyyətləri "Butorides virescens" nisbətən kiçik ölçülüdür. Yetkin fərdlərin bədən uzunluğu 41–46 sm, çəkisi təxminən 240 qramdır. Uçuş zamanı qanadlarının genişliyi 64–68 sm-ə çatır. Bu quşun boynu bədəninə sıx çəkilmiş vəziyyətdə olur. Yetkin "Butorides virescens"ların başında parlaq yaşıl-qara örtük, yaşılmtıl arxa və qanadlar, qəhvəyi boyun, boz alt hissə və qısa sarı ayaqları var. Uzun və iti dimdiyi ilə seçilir. Dişi fərdlər erkəklərdən bir qədər kiçik olur və rəngləri daha solğun olur. Cavan fərdlərin başı, boynu və alt hissəsi qəhvəyi-ağ ləkələrlə örtülüdür. Yumurtadan çıxmış körpələr isə açıq boz və ağ rəngli yumşaq tüklərlə örtülmüşdür. Alt növlərin dəqiq təsnifatı hələ də qeyri-müəyyəndir. Rəng fərqlilikləri və fərdi xüsusiyyətlər alt növlərin ayrılmasını çətinləşdirir. Miqrasiya edən fərdlərin qanadları digərlərindən daha uzun olsa da, bu xüsusiyyət yalnız davranış fərqlilikləri ilə əlaqəlidir və alt növlərin müəyyənləşdirilməsi üçün kifayət deyil. Bu səbəbdən geniş molekulyar və filogenetik araşdırmalar tələb olunur.
Ekologiya "Butorides virescens"lar çay kənarları, bataqlıqlar, gölməçələr və göllər kimi su mənbələri olan ərazilərdə yaşayır. İnsan tərəfindən yaradılmış kanallar və arxlar da onların yaşayış yerlərinə daxildir. Bu quşlar həm gündüz, həm də gecə ovlayır və ovlarını kiçik balıqlar, qurbağalar və su həşəratlarından seçirlər. "Butorides virescens"lar digər quşlarla, hətta öz növləri ilə belə ov zamanı bir yerdə görünmürlər. Onlar sahildə və ya alçaq sularda duraraq ov edirlər və ovu tutmaq üçün qısa müddət havada süzüb hədəfə yaxınlaşırlar. "Butorides virescens"lar unikal bir xüsusiyyətləri ilə tanınır: alət istifadə edirlər. Çörək qabıqları, həşəratlar və ya digər əşyaları suya ataraq balıqları cəlb edir və yaxınlaşan balığı tuturlar. Bu davranış onları alət istifadə edən azsaylı quş növlərindən biri edir.
Cütləşmə Qışlamağa köç edən "Butorides virescens"lar mart və aprel aylarında cütləşmə ərazilərinə qayıdırlar. Şimali bölgələrdə cütləşmə dövrü may ayının sonlarında başlayır. Erkəklər cütləşmə dövründə xüsusi səslər çıxarır və diqqətçəkici davranışlar nümayiş etdirirlər.
İstinadlar
Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları