Ramiz Həbib oğlu Məmmədov () — azərbaycanlı məşqçi, keçmiş futbolçu, "Karvan" futbol klubunun baş məşqçisi.
Həyatı 15 avqust 1968-ci ildə Ağdamda anadan olmuşdur.
Karyera Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Qarabağ, Kür-Nur Mingəçevir, Dinamo Bakı, Kəpəz, Neftçi Bakı, Şəfa Bakı, Peykan, Pegah Gilan, Turan Tovuz.
Azərbaycan yığma komandasının daimi üzvlərindən biri olub. Yığmamızın heyətində 20 oyun keçirib, 4 qol vurub.
Dünyanın ən çox qol vuran müdafiəçiləri siyahısına düşüb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) hesablamalarına əsasən, 1992-2005-ci illər ərzində keçirdiyi 285 oyunda 64 qol vurmaqla dünyanın ən çox qol vuran 33-cü futbolçusu olub. Bu siyahıda rumıniyalı George Popescu, alman Andreas Breme, braziliyalı Roberto Karlos, fransalı Frank Leböf, italiyalı Cyankinto Faşetti kimi məşhur futbolçuları qabaqlayır.
Məşqçi karyerasına 2006-cı ilin oktyabrında Qəbələ klubunda başlayıb. A kateqoriyalı məşqçidir.
Ramiz Məmmədov 10 iyul 2026-cı ildə "Karvan" klubunun baş məşqçisi təyin olunub.
Uğurları Azərbaycan çempionu (1997 – Qarabağ), Azərbaycan çempionatının gümüş mükafatçısı (2000 – "Kəpəz"), Azərbaycan kubokunun ikiqat qalibi (2000 – Kəpəz Gəncə, 2001 – Şəfa Bakı) Kəpəz Gəncə, Neftçi Bakı, Şəfa Bakı və "Qarabağ"ın heyətində Çempionlar Liqası və UEFA Kuboku oyunlarında iştirak edib.
İstinadlar
Mənbə Məmmədov Ramiz Həbib oğlu (Arxivləşdirilib)
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Ağdamda doğulmuş idmançılar Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Qəbələ FK məşqçiləri Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular