Şin Çheho () — Koreyalı muxtariyyət tərəfdarı fəal, tarixçi, anarxist, millətçi və Koreya etnik millətçi tarixşünaslığının (민족 사학, minjok Sahak) banisi. Şimali və Cənubi Koreyada ona çox böyük hörmət bəsləyirlər. Onun yazdığı iki əsər — 1908-ci ildə yazılmış "Tarixin Yeni Oxunuşu" (Doksa Sillon) və 1931-ci ildə nəşr olunmuş "Cosenun erkən tarixi" müasir Koreyada millətçi tarixşünaslığın əsas əsərləri kimi qəbul edilir.
O, müasir koreyalıların və mancuriyalıların Koreya və Mancuriyanın tarixi sahibi olduğu fikrini əsaslandırmağa çalışırdı. O, Koreya mifologiyasını da öyrənmişdi. Çində sürgündə olarkən Şərqi Anarxist Assosiasiyasına qoşulmuş, muxtariyyət və anti-imperializm tərəfdarı məqalələr yazmışdır. Onun anarxist fəaliyyəti 21 fevral 1936-cı ildə həbs edilərək həbsxanada ölümünə səbəb olmuşdur.
İstinadlar
Kateqoriya:Cənubi Koreya tarixçiləri Kateqoriya:Həbsdə ölən şəxslər Kateqoriya:Koreya yazıçıları