thumb|Tokuqava İeyasu üçün şinto şiki (Nikko) Şinko şiki (), şinko sai () və ya o-vatari () — Şintoizmdə festival (; matsuri) zamanı, adətən, balaca səcdəgəh formasında olan və kaminin cəhətini (ruhunu) ehtiva edən xüsusi ritual obyekt (; şintai) ilə təşkil olunan parad. Parad üçün şintai əsas səcdəgahından mikoşi () adlı portativ səcdəgaha köçürülür. Mikoşi, kəcavə formasında olan və parad üçün xüsusi şəkildə bəzədilən bir obyektdir. Paradın sonunda isə şintai yenidən əsas səcdəgahdakı əvvəlki yerinə qaytarılır. thumb|Sualtı şinto şiki Bu cür paradlar kontekstlərinə, davranış qaydalarına, formallıq dərəcələrinə, və iştirakçıların tərkibinə görə fərqlənə bilər. Məsələn, Tokioda iştirakçıların sayı nisbətən böyük ola bilər. Oradakı paradlar daha canlı olur və daha çox spirtli içki içilir. Yudzavadakı paradlar isə daha sakit xarakter daşıyır. Şinko şiki həm quruda, həm də suda təşkil oluna bilər. Paradın suda təşkil olunan hissəsi funatoqyo () adlanır. Adətən, iştirakçılar xüsusi geyimlər geyinir, xüsusi ritualları tətbiq edir, musiqi alətləri (məsələn, baraban) çalır, mikoşi daşıyanlar onu ritmik şəkildə ləngərləyir və müəyyən sözləri tələffüz edir. Bundan əlavə, iştirakçılar rəqs edə, bayraqlar və fənərlər daşıya bilər.

Növləri

Şintoizm ritualları bir-biri ilə qarışıq şəkildə tətbiq olunur. Buna baxmayaraq, şinko şiki üç kateqoriyaya geniş şəkildə təsnif oluna bilər:

Miare (). Kaminin gücünü bərpa etmək məqsədi ilə təşkil olunur. Nümunə: Aoi festivalı. Misogi (). Onryo ( - intiqamçı ruh) və ya şər kami üçün təşkil olunur. Məqsədi onları təmizləməkdir. Təmizləmə dənizdə (və ya suyu olan başqa bir yerdə) təşkil oluna bilər. Bu növ hazırda nisbətən nadirdir. Nümunə: Abare festivalı. Oide (). Bu növ üçün müvəqqəti səcdəgah tikilir. Kami ilə yaxşı münasibət qurmaq məqsədi ilə, ondan üzə çıxmaq xahiş olunur. Nümunə: Matsua festivalı.

Tarix

Edo dövründə (1603-1868) Sanno festivalı () zamanı mikoşi ölkəni idarə edən Tokuqava şoqunlarının müşahidəsi üçün aparılırdı.

İkinci Dünya müharibəsindən öncə, bu paradlarda, adətən, böyüklər iştirak edirdi. Müharibə zamanı və müharibədən sonrakı dövrdə isə paradlar icra olunmurdu. Bunun səbəbləri Yaponiyanın çətin iqtisadi vəziyyəti və əvvəl paradları təşkil edən qonşu assosiasiyaların () müharibə zamanı fəaliyyətlərinə görə nüfuzlarının korlanması idi.

Bu gün isə məsələn, Niiqata prefekturasının Yudzava şəhərində böyüklər, adətən, təşkilatçı rolunu oynayır, paradları icra edənlər isə uşaqlardır. Orada müşahidə olunan 11 paraddan ancaq birində icraçılar böyüklər olub.

Həmçinin bax

Youşen

İstinadlar

Kateqoriya:Şintoizm festivalları Kateqoriya:Paradlar