Ebru Umar (; ) — Türk-holland köşə yazıçısı. Teo van Qoqun rəhbərliyi altında yazdıqdan sonra o, öncə van Qoqun internet saytında, onun xələfi, sonra isə Metro qəzetində köşə yazıçısı kimi fəaliyyətini davam etdirib. Onun bir çox Hollandiya jurnallarında yazıları dərc olunur. Həmçinin, feminizm və İslamın tənqidi mövzularında da dörd kitabı nəşr edilib. Həyatı Ebru Ömər 20 may 1970-ci ildə Hollandiyaya köçmüş türk ailəsində anadan olub. Atası təqaüddə olan anatomopatoloq, anası isə oftalmoloqdur. Rotterdamda böyümüş Ebru Erasmian gimnaziyasında təhsil alıb.

Menecment təhsili aldıqdan və bir müddət menecer kimi çalışdıqdan sonra Teo van Qoqun rəhbərliyi ilə yazmağa başlayan Umar, öz internet saytı üçün məqalələr yazdıqdan sonra tezliklə digər Hollandiya qəzetləri üçün silsilə məqalələr yazmağa başladı. 2005-ci ildə Van Qoqun Metro qəzetindəki köşə yazısı sütununu ondan aldı. Ömər həmçinin dörd kitab müəllifidir, jurnallar üçün müsahibələr və panel müzakirələri aparmaqla yanaşı, Hollandiyanın qadın həftəlik Libelle və Hollandiyanın feminist jurnalı Opzij üçün həftəlik köşə yazıları yazır. Ateist olan Ebru Umar açıq sözlü olması ilə tanınır ki, bu da valideynlərinin ona kiçik yaşlarından aşıladığı xüsusiyyətdir.

Umər 2006-cı ildə Amsterdamdakı evinin qarşısında iki dəfə hücuma məruz qalıb.

Türkiyədə həbsi Ebru Umər 23 aprel 2016-cı ildə İzmirin Quşadası ilçəsində tətil zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən tvitlər yazdığına görə həbs edilib. Daha sonra sərbəst buraxılsa da, uzun müddət Türkiyəni tərk etməsinə icazə verilməyib. 2016-cı il aprelin 24-də onun Amsterdamdakı evi qarət edilib.

Əsərləri Burka & Blahniks (2004) Vier over 8 (2005) Geen talent voor de liefde (2005), diary-style reminiscences Turkse verleidingen (2008), a collection of travel stories set in Turkey

İstinadlar

Xarici keçidlər Ebru Ömər Libelle də

Kateqoriya:Niderland jurnalistləri Kateqoriya:Türk feministlər Kateqoriya:Ateist feministlər