Vüsalə Hacıyeva () — Azərbaycanlı qadın futbolçu. Türkiyə Superliqasında çıxış edən "Ünye" klubunun və qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür. Əsasən yarımüdafiəçi kimi çıxış edir.
Karyerası
Klub Azərbaycan futbolunun yetirməsidir. O, Azərbaycanda "Tovuz", "Təhsil", "Sumqayıt" və Qubek klublarında çıxış edib. Balakənin "Qubek" komandası ilə 2018/19 mövsümündə ölkə çempionatının gümüş mükafatçısı olub. Həmçinin həmən mövsümün ən yaxşı oyunçusu seçilib.
2018-ci ilin yayında Rusiyanın "Torpedo" (İjevsk) klubuna keçib. Bu onun karyerasında ilk xarici klub olur. O, Rusiya Premyer Liqasında debüt matçını 4 avqust 2018-ci ildə, "Ryazan-VDV" klubuna qarşı baş tutan matçın 46-cı dəqiqəsində Kristina Fofanovanı əvəzləyərək, keçirir. "Torpedo"da keçirdiyi ilk mövsümündə ümumilikdə iki oyun keçirib. 2019-cu ildə komandadan ayrılaraq mövsümünün ilk yarısını buraxır. Ancaq yayda təkrar İjevsk klubuna qayıdır. 16 avqust 2019-cu ildə "Torpedo"nun "Çertanovo" klubu ilə baş tutmuş matşında o, Rusiya çempionatlarında ilk qolunu vurur.
2021 və 2022-ci illərdə İrlandiyanın "Peamount United F. C." və Gürcüstanın "FC Samegrelo Chkhorotsku" klublarında çıxış edir.
2021-ci ilin dekabrında Hacıyeva Türkiyəyə gedir və 2021–22 Türkiyə Superliqasında oynamaq üçün Ankaranın "Fomget" klubuna qoşulur.
2022–23 Türkiyə Super Liqası mövsümündə "Hatayspor"a transfer olur. Mövsümün ikinci yarısında Diyarbəkirin "Amed" klubuna yollanır. O, mövsüm ərzində ümumilikdə 27 oyunda meydana çıxır və 1 qol vurur.
2024-cü ilin avqust ayının sonunda vətənə qayıdır. Ancaq az sonra təkrar Türkiyəyə dönür və Super Liqaya yeni yüksələn Ordunun "Ünye" klubuna qoşulur.
Milli komanda Vüsalə Hacıyeva Azərbaycan millisinin üzvüdür. Onun Milli komandalara ilk dəvəti, 2014-cü ildə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası olub. O, milli komandalarda 17-dən çox beynəlxalq matçda çıxış edib.
İstinadlar
Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları