Sosialist feminizm — 1960–1970-ci illərdə feminist hərəkatın və patriarxiya ilə kapitalizmin qarşılıqlı əlaqəsinə diqqət yetirən Yeni Solun bir qolu; bu növ feminizmin ideyaları XVIII əsrə qədər gedib çıxır və Meri Uolstounkraftın "Qadın hüquqlarının müdafiəsi" (1792) və Uilyam Tompsonun 1800-cü illərdə utopik sosialist əsərindəki ideyalardan bəhrələnir.
Haqqında thumb|Klara Setkin (solda) və Roza Lüksemburq 1910-cu il. Maqdeburq. 1960-cı ildən başlayaraq feminizmin ikinci dalğasında radikal feminizm kimi yeni cərəyanlar meydana gəldi və şəxsi olan siyasidir yanaşması ilə feminist diskursda şəxsi sferanın mübahisələndirilməsi ictimai müstəviyə daşındı. Qadın məsələləri üzrə debatlar üç əsas anlayış üzərinə köklənmişdi: patriarxlıq, reproduktivlik və ideologiya.Barrett, Michèle; Weeks, Kathi (2014): Women’s Oppression Today. The Marxist/Feminist Encounter. 3rd ed. London: Verso. Klassik marksist feminizm məzmunca yeniləndi və sosialist feminizm formalaşdı. Marksist ideyalar əsasında patriarxallığa qarşı mübarizə aparan sosialist feminizmin əsas mülahizələri aşağıdakı kimidir:Ehrenreich, Barbara (1976): What is Socialist Feminism? https://www.marxists.org/subject/women/authors/ehrenreich-barbara/socialist-feminism.htm
Sosialist feminizmə görə, sinif və cins dominantlığının əsasında zorakılıq var. İnsanlar bir başa zorakılıqla üzləşməsələr də, sinif və cins hökmranlığına tabe olurlar. Sosial olaraq parçalanmış işçi sinif mülkiyyətsizləşdirilərək təcrid edilib və kapitalist nizamdan asılı hala gətirililib; İşçi sinfini parçalayan güc eyni zamanda qadını kölələşdirən gücdür. Kapitalist dəyərlərin nüfuz etdiyi ailə və iş həyatı qadını əzilməyə təhkim edir. Qadın daha passiv və feminin hala gətirilir. Qadının bu halı kapitalist dəyərlərin daha da möhkəmlənməsində əlverişli olduğu üçün qadınların passivliyi və femininliyi kapitalizmə sərf edir; Qadının əzilməsi və sinifləşmə bir-biri ilə əlaqəlidir. Qadınların iqtisadi olaraq güclənməsi üçün çıxış edən qruplar xaric, necə ki, digər qadın mübarizələri anti-kapitalist xarakter daşımır, anti-kapitalist mübarizələrin də hamısı qadınların əzilməsi problemini mübahisələndirmir. Halbuki, sinifləşməni sonlandırmaq qadınların azadlığı ilə birbaşa bağlıdır.Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri ". Baku Research İnstitute.
Həmçinin bax Liberal feminizm
İstinadlar
Xarici keçidlər Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.