Amat əl-Əziz Ümm əl-Vahid Cəfər Zübeydə (Zübeydə) binti Cəfər () — Abbasilər sülaləsindən olan ərəb şahzadəsi, Xəlifə Harun ər-Rəşidin sevimli həyat yoldaşı, Xəlifə əl-Aminin (809–813) anası.
Mənsubiyyəti Zübeydə Əbül-Fəth Əbül-Fədl Cəfərin qızıdır. Zübeydənin anası Xayzuranın doğma bacısı, Xəlifə əl-Mehdinin (Xəlifə əl-Mənsurun ilk oğlu) sevimli həyat yoldaşı, Xəlifə əl-Hadi və Harun ər-Rəşidin anasıdır. Ata və ana xətti üzrə Zübeydə və onun keçmiş həyat yoldaşı bir-birinə münasibətdə ögey bacı-qardaş idilər. Xəlifə əl-Mehdinin hərəminin cariyəsi olmuş Xayzuran uzun müddət onu qohumlarından gizlətmişdir. Zübeydə təxminən 765-ci ildə anadan olmuşdur. Onun doğum yerinin Bağdad və ya Mosul olması ehtimal edilir. Həmin vaxtı Zübeydənin atası Cəfər canişin vəzifəsində olmuşdur. Əbül Fərəc ibn ən-Cauziyə görə, Xəlif əl-Mənsur öz nəvəsinə o qədər məftun idi ki, ona balaca yağ topu mənası verən Zübeydə adını vermişdi. Lakin bu ad daha çox Allahın hədiyyəsi, tanrının töhfəsi, xüsusi, seçilmiş mənalarına gəlir. Zübeydə daha sonra Ümmül-Cəfər (Cəfərin anası) və Ümmül Vahid (Yeganə ana) nisbəsisini almışdır. O həm də Əmmat əl-Əziz (Uca Allahın qulu) ləqəbi daşımışdır.Кеннеди Хью. Двор халифов. — М.: АСТ — Хранитель, 2007. — с. 246, 249.Быков А. А. Аббасидский памятный диргем начала IX века // Советское востоковедение. — М.—Л.: Издательство Академии наук СССР, 1947. — Вып. IV. — с. 86, 89.
Xəlifənin həyat yoldaşı və xəlifə anası Harun ər-Rəşidin Zübeydə ilə ail əhəyatı qurması hicri 165-ci ilə, miladi tarixi ilə isə 781/782-ci ilə təsadüf edir. Nikah mərasimi Məhəmməd ibn Süleymanın evində baş tutmuşdur. Həmin günü Zübeydəyə əvvəllər Xayzurana aid məşhur Əməvi badanası — Xəlifə Əbdülməlikin arvadı Attikadan başlayaraq bir Əməvi xəlifəsinin əsas və ya sevimli arvadından digərinin arvadına ardıcıl olaraq keçən, ön və arxa tərəfində bir sıra iri yaqutlar olan zərif qolsuz pencək hədiyyə edildi. Həmin vaxtdan etiarən bu geyimin Abbasilər sülaləsinin xəlifələrinin həyat yoldaşlarının ənənəvi olaraq bir-birinə ötürdüyü simvolik geyimə çevrildi.
Mədəniyyətdə Zübeydə xanım Zübeydə ərəb ədəbiyyatının əfsanəvi abidəsi "Min bir gecə"də Sitt-Zübeydə adı altında keçir. Bu əsərdə "Sitt-Zübeydə və Əbu-Yusuf haqqında hekayə" var. Həmin hekayədə Xəlifə həyat yoldaşını xəyanətdə günahlandırır. Hadisələrə həkim Əbu-Yusufun müdaxiləsindən sonra problem həll edilir.Тысяча и одна ночь, 1975, Рассказ о Харуне ар-Рашиде и Ситт-Зубейде.
İstinadlar Kateqoriya:Abbasilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:IX əsr qadınları