San Fermin festivalı () — İspaniyanın Pamplona şəhərində, Navarra bölgəsində hər il keçirilən, bir həftəlik ənənəvi bayram. Bayramlar 6 iyul saat 12:00-da başlayır və 14 iyul gecə yarısına qədər davam edir. Bayramı başlatmaq üçün çüpinazo adlı atəşfəşanlıq keçirilir və bayramın sonunda populyar "Pobre de mí" mahnısı oxunur.
Bayramın ən məşhur hadisəsi öküz qovalamacadır (), bu hadisə hər gün 7–14 iyul tarixləri arasında səhər saat 8-də başlayır, amma festival bir çox başqa ənənəvi və folklorik tədbirləri də əhatə edir. Yerli sakinlər festivalı ispanca Sanfermines və bask dilində Sanferminac adlandırırlar. Festival Navarranın himayədarı olan San Ferminin şərəfinə keçirilir.
Tarixi San Fermin
Ferminin, III əsrdə Pamplonada yaşayan, senat sırasına aid bir Roma vətəndaşının oğlu olduğu, və San Honestus (San Saturninusun şagirdi) tərəfindən xristianlığa çevrildiyi deyilir. Əfsanəyə görə, o, San Saturninus (Navarrada San Cernin olaraq da tanınır) tərəfindən "Kiçik Cernin Qazması" olaraq bilinən yerdə vaftiz edilmişdir. Fermin Pamplonaya qayıdaraq ilk yepiskop olmuşdur. Sonradan etdiyi təbliğat səfəri zamanı Fermin öldürülərək şəhid olmuş və hal-hazırda Katolik Kilsəsi tərəfindən şəhid olaraq qəbul edilir. O, 25 sentyabr 303-cü ildə vəfat etmişdir. Pamplonada San pərəstişinə dair yazılı bir qeydə XII əsrə qədər rast gəlinmir.
Bayramın qeyd edilməsi, iki fərqli orta əsr hadisəsinin birləşməsindən yaranmışdır. Yazın əvvəlində ticarət sərgiləri keçirilirdi. Malqara ticarətçiləri şəhərə heyvanları ilə gəldikcə, zamanla bulların döyüşləri ənənəyə daxil edilmişdir. Xüsusilə, onlar ilk dəfə XIV əsrdə sənədləşdirilmişdir. Digər tərəfdən, müqəddəs Fermini anma dini mərasimləri 10 oktyabr tarixində keçirilirdi. Lakin, 1591-ci ildə bu mərasimlər 7 iyul tarixinə keçirildi, beləliklə sərgi ilə eyni vaxtda keçirilməyə başlandı, çünki Pamplonadakı hava şəraiti daha yaxşı idi. Bu, Sanfermines bayramının başlanğıcı hesab edilir.
Orta əsrlərdə, mərasimlər açılış nitqi, musiqiçilər, turnirlər, teatr, öküz döyüşü, rəqslər və ya atəşfəşanlıqdan ibarət idi. Öküzlərin qaçışı XVII və XVIII əsrlərdə meydana gəldi, eyni zamanda xarici turistlərin iştirakı və tədbirdə artıq alkoqol qəbulunun və davranışların çoxalması ilə bağlı ilk narahatlıqlar başladı. Nəhayət, Nəhənglərin paradı XIX əsrin ortalarında yaradıldı. İlk rəsmi döyüş arenası 1844-cü ildə inşa edildi.
Müasirlik
Bayramın şöhrəti və hər il aldığı xarici ziyarətçilərin sayı, Ernest Heminqueyin "Günəş də Doğur" adlı kitabında bu festivalı təsvir etməsi və jurnalist kimi verdiyi hesabatlarla əlaqəlidir. O, ilk dəfə 1923-cü ildə Pamplonaya səfər etmiş və 1959-cu ilə qədər dəfələrlə geri qayıtmışdır.
Televisión Española (TVE) tədbiri ölkə daxilində və beynəlxalq səviyyədə televiziya vasitəsilə canlı yayımlayır. Rəsmi milli radio yayımları Radio Nacional və Cadena SER tərəfindən həyata keçirilir.
COVID-19 pandemiyası səbəbindən festival 2020 və 2021-ci illərdə ləğv edilmişdir.
İstinadlar
Xarici keçidlər Fiesta of San Fermín at Spanish National Television website, RTVE.es The running of the bulls Encierros San Fermín Live at 07.15 AM Central European Time, GMT+2 Official guide to the fiesta of San Fermín. Unofficial website on San Fermín and on encierro photosanfermin.com San Fermín social network Tips to run in safety and to contribute in preserving the Festival The San Fermín Bull Run Song
Kateqoriya:Festivallar